Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

19 aprel 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19 aprel 2014-cü il

19 aprel 2014-cü il tarixdə saat 21:00 radələrində Naxçıvan-Şərur yolunun 58-ci km-də Pusyan kəndinin ərazisində 1967-ci il təvəllüdlü Şərur rayon sakini Əhmədov Abbas Hüseyn oğlu idarə etdiyi “Toyota” markalı, 85-CG-500 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Mahmudov Mehdi Qalasan oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et