Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

10 may 2014-cü il tarixdə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

10 may 2014-cü il

10 may 2014-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Əliyev Firdovsi Şahmirzə oğlunun idarə etdiyi "Lexus" markalı, 90-FA-004 dövlət qeydiyyat nişanlı avtomobillə 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Tural Rəhim oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-KC-023 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olab sərnişinlər 1990-cı il təvəllüdlü Naxçıvan MR Şərur rayon sakini Məmmədov Təbriz Yaqub oğlu və 1985-ci il təvəllüdlü Balakən rayon sakini Çukayeva Sahilə Ömər qızı hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüsü, habelə "Lexus" markalı avtomobilin sərnişini 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Arifə Rəbbil qızı xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə, “VAZ-2107” markalı avtomobilin sürücüsü isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi




Çap et  Çap et