Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

12 may 2014-cü il tarixdə Masallı rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 may 2014-cü il

12 may 2014-cü il tarixdə saat 13:00 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 157-ci km-də 1965-ci il təvəllüdlü Yardımlı rayon sakini Sadıyev İsmayıl Həzərxan oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı, 10-ON-465 dövlət qeydiyyat nişanlı avtomobillə 1974-cü il təvəllüdlü Cəlilabad rayon sakini Teymurov Mahir Ağalı oğlunun idarə etdiyi “VAZ-21099” markalı, 15-BN-712 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.Qəza nəticəsində “VAZ-21099” markalı avtomobilin sürücüsü onun sərnişini 1961-ci il təvəllüdlü Cəlilabad rayon sakini Teymurov Mutalib Ağalı oğlu və “Nissan X-Trail” markalı avtomobildə olan sərnişinlər 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Mahmudova Gövhər Ağa qızı və 1993-cü il təvəllüdlü Yardımlı rayon sakini Sadıyev Mövlud İsmayıl oğlu hadisə yerində ölüblər, “Nissan X-Trail” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Yardımlı rayon sakini Sadıyev Maqsud İsmayıl oğlu xəsarət alaraq Masallı  Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.     Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi




Çap et  Çap et