Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

31 may 2014-cü il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

31 may 2014-cü il

31 may 2014-cü il tarixdə saat 00:10 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən 17-ci km-də 1985-ci il təvəllüdlü Qaradağ rayon sakini Nəcəfov Emin Şakir oğlu idarə etdiyi “Audi-A6” markalı, 50-CE-252 dövlət qeydiyyat nişanlı avtomobilə hərəkətdə olduğu zaman idarəetməni itirərək yolun orta zolaq hissəsinin metal konstruksiyalı çəpərinə vurub.
Qəza nəticəsində avtomobin sürücüsü və avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Nəcəfov Xəyyam Emin oğlu hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişinlər 1985-ci il təvəllüdlü Nəcəfova Xəyalə Əli qızı və 2012-ci il təvəllüdlü Nəcəfov Elmir Emin oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılıblar.     
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et