Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 may 2014-cü il tarixdə Ağdaş rayonu ərazisində 4 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 may 2014-cü il

30 may 2014-cü il tarixdə saat 11:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 280-ci km-də 1978-ci il təvəllüdlü Ağstafa rayon sakini Məsiyev Ceyhun İlyas oğlunun idarə etdiyi “FORD Transit” markalı, 10-UB-126 dövlət qeydiyyat nişanlı mikroavtobusla 1965-ci il təvəllüdlü Yevlax rayon sakini Vəliyev Vidadi Şəmil oğlunun idarə etdiyi “FORD” markalı, H023455 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər 1957-ci il təvəllüdlü Gədəbəy rayon sakini Verdiyev Mədət Qəmbər oğlu, Ağstafa rayon sakinləri 2012-ci il təvəllüdlü Məsiyeva Fəridə Səxavət qızı, 2013-cü il təvəllüdlü Məsiyeva Xanım Səxavət qızı və Ucar rayon sakini 1951-ci il təvəllüdlü Ağamalıyeva Sona Məhəmməd qızı hadisə yerində ölüblər, mikroavtobusun sürücüsü və onun digər sərnişinləri 1985-ci il təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu, 1993-cü il təvəllüdlü Məsiyeva Süsanə Nuşirəvan qızı, 1996-cı il təvəllüdlü Ucar rayon sakini Nuriyev Aqil Həşim oğlu xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.     
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et