Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

03 iyun 2014-cü il tarixdə paytaxtın Suraxanı rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 iyun 2014-cü il

03 iyun 2014-cü il tarixdə saat 22:50 radələrində paytaxtın Suraxanı rayonu Zığ gəsəbəsinə gedən yolun 2-ci km-də 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Mustafayev Eyyub Raqub oğlu idarə etdiyi “Hyundai Accent“ markalı, 90-MU-765 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü İbrahimov Ramin Elşad oğlunun idarə etdiyi “Mercedes-230” markalı 10-XF-306 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və “Mercedes-230”  markalı avtomobildə olan sərnişin 1986-cı il təvəllüdlü Suraxanı rayonu Hövsan qəsəbə sakini Hüseynov Aqşın Nurəddin oğlu hadisə yerində ölüblər, həmin avtomobilin digər sərnişini 1973-cü il təvəllüdlü Cəfərov Rza Füzuli oğlu xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et