Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

21 iyun 2014-cü il tarixdə Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 iyun 2014-cü il

21 iyun 2014-cü il tarixdə saat 08:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 70-ci km-də 1941-ci il təvəllüdlü Bakı şəhər sakini İmanov Rafiq Hüseyn oğlunun idarə etdiyi “Toyota-Prado” markalı, 90-GZ-738 dövlət qeydiyyat nişanlı avtomobillə 1990-cı il təvəllüdlü Salyan rayon sakini Möhnətov Ramil Kamal oğlunun idarə etdiyi “VAZ-21154” markalı, 90-LL-539 dövlət qeydiyyat nişanlı avtomobil  toqquşub.
Qəza nəticəsində “VAZ-21154” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Salyan rayon sakinləri 1991-ci il təvəllüdlü Dadaşov Röyal Möhlət oğlu hadisə yerində, digər sərnişin 1991-ci il təvəllüdlü Quliyev Fuad Murad oğlu xəstəxanada ölüblər, “Toyota-Prado” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır.    
xəbərlərin arxivi




Çap et  Çap et