Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

22 iyun 2014-cü il tarixdə İmişli rayonu ərazisində 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 iyun 2014-cü il

21 iyun 2014-cü il tarixdə saat 19:00 radələrində Hacıqabul-Horadiz yolunun İmişli rayonu ərazisindən keçən 81-ci km-də 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Mamedov Rövşən Mamoş oğlunun idarə etdiyi “RUNNA” markalı, 99-GM-783 dövlət qeydiyyat nişanlı avtomobillə 1980-ci il təvəllüdlü İmişli rayon sakini İbişov Rövşən Kamil oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 49-BD-977 dövlət qeydiyyat nişanlı avtomobil  toqquşub.
Qəza nəticəsində “RUNNA” markalı avtomobildə olan sərnişinlər Salyan rayon sakinləri 1981-ci il təvəllüdlü İsmayılova Gülmirə Həmzə qızı və “VAZ-21074” markalı avtomobildə olan sərnişin 1959-cu il təvəllüdlü Muradov Rafiq Zahid oğlu hadisə yerində, digər sərnişin 2001-ci il təvəllüdlü Yusifova Vəsilə Vaqif qızı xəstəxanada ölüblər, hər iki avtomobilin sürücüləri və “RUNNA” markalı avtomobildə olan sərnişinlər 1973-cü il təvəllüdlü Ziyadxanova Zeynəb Əkbər qızı, 1972-cü il təvəllüdlü Ziyadxanova Səkinə Əkbər qızı, 2001-ci il təvəllüdlü Ziyadxanlı Qumru Əkbər qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et