Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

14 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayonu ərazisində 6 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 sentyabr 2014-cü il

14 sentyabr 2014-cü il tarixdə saat 22.00 radələrində Ağcabədi rayon sakini 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu etibarnamə ilə idarə etdiyi “BMW 525i“ markalı, 99-HD-029 dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Bəhramtəpə yolunun Ağcabədi rayonu Qaravəlli kəndi ərazisindən keçən 77-ci km-də Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edərək kənd arası yola dönüb qarşısına çıxmış 1960-cı il təvəllüdlü  Ağcabədi rayon sakini Quliyev Teyyub Şahmalı oğlunun idarə etdiyi “Mercedes C200“ markalı, 90-GE-981 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadından öz hərəkət yolunda vurub, bundan sonra “BMW“ markalı avtomobil Mingəçevir şəhəri istiqamətində hərəkətini davam etdirərək əks hərəkət zolağı ilə Bəhramtəpə  istiqamətində hərəkətdə olan 1968-ci il təvəllüdlü Ağcabədi rayon sakini Ağamalıyev Nəbi Məhəmmədəli oğlunun idarə etdiyi “Daewoo Nexia“ markalı, 90-RH-754 dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət yolunda qarşı-qarşıya toqquşub.
Qəza nəticəsində “BMW” və "Daewoo Nexia" markalı avtomobillərin sürücüsüləri və sərnişinləri: Bərdə rayon sakinləri, 1983-cü il təvəllüdlü Alıyeva Naibə Əli qızı və 2007-ci il təvəllüdlü Alıyev Fəqan Kənan oğlu hadisə yerində, həmin avtomobildə olan digər sərnişinlər Bərdə rayon sakinləri 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu, 2005-ci il təvəllüdlü Alıyeva Fərqanə Kənan qızı xəstəxanada ölüblər, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızı, Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü Ağamalıyev Nurlan Nəbi oğlu, “Mercedes“ markalı avtomobilin sürücüsü Teyyub Quliyev və sərnişini Ağcabədi rayon sakini 1969-cu il təvəllüdlü Quliyeva Arifə Yunis qızı və “Daewoo” markalı avtomobildə sərnişin Ağcabədi rayon sakini  1970-ci il təvəllüdlü İsrafilova Səbinə Əzim qızı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  
Faktla bağlı araşdırma aparılır.     

xəbərlərin arxivi




Çap et  Çap et