Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

07 oktyabr 2014-cü il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

07 oktyabr 2014-cü il

07  oktyabr 2014-cü il tarixdə saat 15:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 155-ci km-də 1948-ci il təvəllüdlü Sabirabad rayon sakini Rəsulov Əlabbas Hasil oğlunun Qazax rayonu istiqamətində idarə etdiyi “VAZ-2106” markalı, 54-BH-468 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Ağstafa rayon sakini  Əmrahov Tural Raqif oğlunun eyni istiqamətdə idarə etdiyi “Mercedes Benz-0403” markalı, 90-HA-646 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Ə.Rəsulov xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda, avtomobildə olan sərnişin   2014-cü il təvəllüdlü Sabirabad rayon sakini Rəsulov Feyruz Hasil oğlu isə Şirvan  Rayon Mərkəzi Xəstəxanasında ölüblər, digər sərnişinlər Sabirabad rayon sakinləri: 1961-ci il təvəllüdlü Rəsulova Sara Ağalar qızı, 1983-cü il təvəllüdlü Həmzəyeva Xeyransa Feyruz qızı və 2009-cu il təvəllüdlü Həmzəyev Əli Sadiq oğlu Şirvan  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi




Çap et  Çap et