Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

04 oktyabr 2014-cü il tarixdə İsmayıllı rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 oktyabr 2014-cü il

04 oktyabr 2014-cü il tarixdə saat 02:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Basqal kəndi ərazisindən keçən 25-ci km-də 1984-cü il təvəllüdlü Şəki rayon sakini Mənəfov Vüsal Mirzəli oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-CJ-822 dövlət qeydiyyat nişanlı mikroavtobusla Muğanlı   istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onu yolun sol kənarındakı  çökəyə aşırıb.
Qəza nəticəsində sərnişinlərdən Şəki rayon sakinləri: 1990-cı il təvəllüdlü Mürsəlov Elşən Güləhməd oğlu və 1993-cü il təvəllüdlü Mürsəlova Gülanə Mehman qızı hadisə yerində ölüblər, digər sərnişin Şəki rayon sakini Mustafayeva Nəhayət Qurban qızı xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.     
xəbərlərin arxivi




Çap et  Çap et