Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

02 oktyabr 2014-cü il tarixdə paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

02 oktyabr 2014-cü il

02  oktyabr  2014-cü il tarixdə saat 01:00 radələrində Bakı-Qazax  avtomobil yolunun Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisindən keçən 44-cü km-də  1972-ci il təvəllüdlü Saatlı rayon sakini Şalıyev Fuad Polad oğlu idarə etdiyi “Mercedes” markalı, 99-DP-309 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən avtomobili yolun sol hissəsində olan dəmir çəpərə vurub.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Şalıyeva Səbinə Fuad qızı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.     
xəbərlərin arxivi




Çap et  Çap et