Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

23 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 sentyabr 2014-cü il

23 sentyabr 2014-cü il tarixdə saat 02:00 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keşən 88-ci km-də Zərdab rayon sakini 1979-cu il təvəllüdlü Əzizov Şəmistan Aydın oğlunun Bəhrəmtəpə istiqamətində idarə etdiyi “Vaz-21099“ markalı, 10-CN-410 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Bərdə rayon sakini 1988-ci il təvəllüdlü Salmanov Əvəzxan Qədir oğlunun idarə etdiyi “Vaz-21011“ markalı, 30-BB-866 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-21099“ markalı avtomobildə olan sərnişinlər: Zərdab rayon sakinləri 1978-ci il təvəllüdlü Babayev Vüqar Fərhad oğlu, 1988-ci il təvəllüdlü Eminov Ülfət İsrail oğlu, 1989-cu il təvəllüdlü Quliyev Bəhruz Nazim oğlu və 1996-cı il təvəllüdlü Əzizov Rasim Aydın oğlu hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüləri xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.    
Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi




Çap et  Çap et