Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

08 dekabr 2014-cü il tarixdə Cəlilabad rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

08 dekabr 2014-cü il

08 dekabr 2014-cü il tarixdə saat 22:30 radələrində Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 139,6-cı km-də 1992-ci il təvəllüdlü Cəlilabad rayon sakini Bayramov Ramil Əliyar oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 44-BS-238 dövlət qeydiyyat nişanlı avtomobillə 1989-cu il təvəllüdlü Masallı rayon sakini Nurullayev Əlisəfa Möhübbət oğlunun idarə etdiyi “VAZ-21065” markalı, 44-BS-277 dövlət qeydiyyat nişanlı  avtomobil  toqquşub.

Qəza nəticəsində “VAZ-21065” markalı avtomobilin sürücüsü və “VAZ-21074” markalı avtomobildə olan sərnişin 1963-cü il təvəllüdlü Masallı rayon sakini Mehdiyev Nazir Şirməmməd oğlu hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi




Çap et  Çap et