Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

06 dekabr 2014-cü il tarixdə Ucar rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 dekabr 2014-cü il

06 dekabr 2014-cü il tarixdə saat 00:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonu ərazisindən keçən 259-cu km-də 1981-ci il təvəllüdlü Ucar rayon sakini Qədirov Çingiz Şamil oğlu idarə etdiyi “BMV-523” markalı, 61-BE-508 dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olduğu zaman idarəetməni itirərək yolun sağ tərəfində beton pillələrə sürtülmüş və sonradan torpaq komasına çırpılaraq yanmışdır.

Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Ucar rayon sakinləri 1987-ci il təvəllüdlü Kərimov Vasif Sahib oğlu, 1984-cü il təvəllüdlü Qədirov Tapdıq Qədir oğlu avtomobildə yanaraq ölüblər.   
Faktla bağlı araşdırma aparılır.    
xəbərlərin arxivi




Çap et  Çap et