Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

04 dekabr 2014-cü il tarixdə Goranboy rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 dekabr 2014-cü il

04 dekabr 2014-cü il tarixdə saat 20:20 radələrində     Bakı-Qazax-Gürcüstan  sərhədi yolunun Goranboy rayonu ərazisindən keçən 340-cı km-də 1981-ci il təvəllüdlü Gəncə rayon sakini Əmrahov Rafiq Haxverdi oğlu idarə etdiyi “VAZ-2101” markalı, 35-BD-531 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Cəlilabad rayon sakini Kərimov Rəfail Ağabəy oğlunun idarə etdiyi “Hyundai Santa fe” markalı, 15-AA-088 dövlət qeydiyyat nişanlı  avtomobil  toqquşub.

Qəza nəticəsində “Vaz-2101” markalı avtomobildə olan sərnişinlər Gəncə şəhər sakinləri 1951-ci il təvəllüdlü Məmmədov Sahib Əziz oğlu və 1987-ci il təvəllüdlü Şükürilahi Ramin Səməndər oğlu hadisə yerində, digər sərnişin 1990-ci il təvəllüdlü Agstafa rayon sakini Mustafayeva Günel Zakir qızı isə Gəncə şəhər 3 №-li Təcili Tibbi Yardım Xəstəxanasında ölüblər.

Faktla bağlı araşdırma aparılır.    
xəbərlərin arxivi




Çap et  Çap et