Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

16 dekabr 2014-cü il tarixdə Sumqayıt şəhəri ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 dekabr 2014-cü il

16 dekabr 2014-cü il tarixdə saat 17:30 radələrində, H.Z.Tağıyev və Sahil qəsəbələrini birləşdirən avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1982-ci il təvəllüdlü Ağstafa rayon sakini Əliyev Elnur Lətif oğlunun idarə etdiyi “Vaz-21099” markalı, 50-CS-417 dövlət qeydiyyat nişanlı avtomobillə 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayev Elvin Eldar oğlunun idarə etdiyi “Nissan Tiana” markalı, 50-BZ-300 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Vaz-21099” markalı avtomobildə olan sərnişinlər 1982-ci il təvəllüdlü Əliyeva Ceyhunə Mustafa qızı və 2010-cu il təvəllüdlü Əliyev Hüseyn Elnur oğlu hadisə yerində ölüblər, həmin avtomobilin sürücüsü E.Əliyev və qızı 2006-cı il təvəllüdlü Elnarə Əliyeva xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et