Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

10 dekabr 2014-cü il tarixdə paytaxtın Xəzərı rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

10 dekabr 2014-cü il

10 dekabr 2014-cü il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Buzovna-Mərdəkan şosesində Xrustal Zavodun Qarşısında 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Hacıyev Safətdin Əjdər oğlu idarə etdiyi “VAZ-2106” markalı, 10-LD-906 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarında dayanmış 1977-ci il təvəllüdlü Naxçıvan MR Babək rayon sakini Allahverdiyev Hafiz Sübhan oğluna məxsus “MAZ” markalı, 10-BA-133 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1993-cü il təvəllüdlü Balakən rayon sakini İbiyev Cəlal Süveyd oğlu, 1977-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Qüdrət Ziyəddin oğlu hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişin 1993-cü il təvəllüdlü Balakən rayon sakini Hüseynov Vüqar İbrahim oğlu xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et