Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

25 dekabr 2014-cü il tarixdə Qusar rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

25 dekabr 2014-cü il

25 dekabr 2014-cü il tarixdə saat 21:00 radələrində Şirvanovka-Samur avtomobil yolunun 5-ci km-də 1988-ci il təvəllüdlü Qusar rayon sakini Mahmudov Kamil Mahmud oğlunun idarə etdiyi “VAZ-21112” markalı, 10-RM-912 dövlət qeydiyyat nişanlı avtomobillə 1980-ci il təvəllüdlü Qusar rayon sakini Məmmədov Rəhman İslaməddin oğlunun idarə etdiyi “Opel-Vektda” markalı, 10-SV-866 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21112” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, Qusar rayon sakini 1990-cı il təvəllüdlü Alxasov Məhəmməd Əmirsultan oğlu hadisə yerində ölüblər, “Opel-Vektda” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et