Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

22 dekabr 2014-cü il tarixdə Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 dekabr 2014-cü il

22 dekabr 2014-cü il tarixdə saat 23:30 radələrində, Bakı-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisində keçən 58-ci km-də 1984-cü il təvəllüdlü Salyan rayon sakini Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ-2103” markalı, 47-BA-921 dövlət qeydiyyat nişanlı avtomobillə 1967-cı il təvəllüdlü Salyan rayon sakini Mehdiyev Elşad Qənbəralı oğlunun idarə etdiyi “Toyota-Prado” markalı, 90-HL-228 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2103” markalı avtomobildə olan sərnişinlər Salyan rayon sakini 1978-ci il təvəllüdlü Ağayev Elnur Bəyoğlan oğlu və Ağdaş rayon sakini 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu hadisə yerində ölüblər, həmin avtomobilin sürücüsü və digər sərnişin Neftçala rayon sakini 1982-ci il təvəllüdlü Cəbrayilov Rabil Xanoğlan oğlu xəsarət alaraq Səlyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et