Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

18 dekabr 2014-cü il tarixdə Sumqayıt şəhəri ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 dekabr 2014-cü il

18 dekabr 2014-cü il tarixdə saat 07:20 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 49,1-ci km-də 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Mehralıyev İntiqam Cəmşid oğlunun idarə etdiyi “İVEKO-TRAKKER” markalı, 90-JO-980 dövlət qeydiyyat nişanlı yük avtomobili 1980-ci il təvəllüdlü Muradov Rahab Əmənulla oğlunun idarə etdiyi “Tofaş” markalı, 10-LG-455 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Tofaş” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Əsgərov Rahab Tahir oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et