Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

4 yanvar 2015-ci il tarixdə Cəlilabad rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 yanvar 2015-ci il

4 yanvar 2015-ci il tarixdə saat 08:10 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 117,2-ci km-də 1974-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mahmudov Ziya Mirhicaz oğlu idarə etdiyi “Mercedes-Benz C180” markalı, 99-FX-255 dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olan zaman  idarəetməni itirərək yolun sol tərəfinə çıxıb ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişini 2003-cü il təvəllüdlü Masallı rayon sakini Mahmudlu Ayxan Sehran oğlu hadisə yerində ölüblər, həmin avtomobildə olan digər sərnişinlər 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mahmudov Şahin Mirhicaz oğlu və 2004-cü il təvəllüdlü Masallı rayon sakini Mahmudlu Nahid Sehran oğlu xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et