Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

07 fevral 2015-ci il tarixdə Zaqatala rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

07 fevral 2015-ci il

07 fevral 2015-ci il il tarixdə saat 23:15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonu ərazisindən keçən 124-cü km-də 1990-cı il təvəllüdlü Zaqatala rayon sakini Ömərov İlkin Ömər oğlu idarə etdiyi  “Mercedes-Benz” markalı, 10-TT-576 dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idaerəetməni itirərək avtomobili ağaca vurub və yolun sağ tərəfində olan çökəkliyə aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Zaqatala rayon sakinləri  1993-cü il təvəllüdlü Poladov Şamil Məcid oğlu, 1994-cü il təvəllüdlü Bağmanov Camal İsa oğlu, 1995-ci il təvəllüdlü Bağmanov Emin İsa oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, sürücü İ.Ömərov və digər sərnişin 1993-cü il təvəllüdlü Səmədov Fərid Ömər oğlu xəsarət alaraq Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıblar.


xəbərlərin arxivi




Çap et  Çap et