Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

22 fevral 2015-ci il tarixdə Salyan rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 fevral 2015-ci il

22 fevral 2015-ci il tarixdə saat 18.30 radələrində Ələt-Astara yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən 83-cü kilometrində Lənkəran rayon sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-OR-908  dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi “MAZ-54322” markalı, 07-BC-315 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər: Lənkəran rayonu Xolmilli kənd sakinləri, 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, Əzimov Natiq Hidayət oğlu, Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüblər.
xəbərlərin arxivi




Çap et  Çap et