Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

23 fevral 2015-ci il tarixdə Yevlax rayonu ərazisində 4 nəfərin ölümü, Cəlilabad rayonu ərazisində isə 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

23.02.2015

23 fevral 2015-ci il tarixdə saat 11:30 radələrində, Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən 304-cü km-də 1953-cü il təvəllüdlü Bərdə rayon sakini Qədirov Vilayət Hidayət oğlunun idarə etdiyi “RAV-4” markalı, 10-MD-044 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1956-cı il təvəllüdlü Şəki rayon sakini Səmədov Nüsrət Əyyub oğlunun idarə etdiyi “Ford-Cargo” markalı, 90-JG-329 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini 1958-ci il təvəllüdlü Qədirova Sevil Məhəmməd qızı və Bakı səhər sakinləri 1963-cü il təvəllüdlü Rəşidova Zahirə Hidayət qızı, 1976-cı il təvəllüdlü Ağayev Şahin Ağa oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər.

Digər yol-nəqliyyat hadisəsi saat 23:00 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 122-ci km-də baş verib. Masallı  rayon sakini 1977-ci il təvəllüdlü Əkbərov Elmar Adil oğlunun idarə etdiyi “Forland” markalı, 90-KB-471 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1984-cü il təvəllüdlü Masallı rayon sakini Nurəliyev Zamin Elşad oğlu idarə etdiyi “Mersedes-Benz” markalı, 10-RB-204 dövlət qeydiyyat nişanlı minik avtomobili  toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər 1995-ci il təvəllüdlü Masallı rayon sakinləri İsmayılzadə Aslan Azər oğlu, 1987-ci il təvəllüdlü Abdullayev Zamin Abdulla oğlu və 1986-cı il təvəllüdlü Məhərrəmov Cəlal Alim oğlu hadisə yerində ölüblər, avtomobilində olan digər sərnişin 1990-cı il təvəllüdlü Şükürov Kamran Rizvan oğlu və hər iki avtomobilin sürücüsü xəsarət alaraq Biləsuvar və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.