Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

19 mart 2015-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19 mart 2015-ci il

19 mart 2015-ci il tarixdə saat 14:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci km-də 1977-ci il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Əbülfəz Həsən oğlunun idarə etdiyi “Mercedse-Benz Vito” markalı, 57-BT-296 dövlət qeydiyyat nişanlı avtomobillə 1996-cı il təvəllüdlü Qazax rayon sakini Hüseynov Cavad Asif oğlunun idarə etdiyi “Mercedse-Benz GL550” markalı, 90-UN-009 dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra 1961-ci il təvəllüdlü Şəmkir rayon sakini Qəhrəmanov Qəhrəman İlyas oğlunun idarə etdiyi “VAZ-20174” markalı, 57-BT-866 dövlət qeydiyyat nişanlı avtomobilə dəyib.

Qəza nəticəsində “VAZ-20174” markalı avtomobilin sürücüsü Q.Qəhrəmanov və avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Şəmkir rayon sakini  Hüseynova  Nüşabə Zaman qızı  hadisə yerində ölüblər, digər sərnişinlər Şəmkir rayon sakinləri 1988-ci il təvəllüdlü Qəhrəmanova Gülnar Sahəddin qızı, 1990-cı il təvəllüdlü Qəhrəmanova Arzu Qəhrəman qızı və 1995-ci il təvəllüdlü Məmmədova Nəsibə Zaman qızı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi




Çap et  Çap et