Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 mart 2015-ci il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 mart 2015-ci il

30  mart 2015-ci il tarixdə saat 00:50 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində 1977-ci il təvəllüdlü Ağdaş rayon sakini Sadıqov Rəşad Əhmədiyyə oğlu idarə etdiyi “Hyundai Accent” markalı, 10-MZ-556 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobili yoldan çıxararaq sol tərəfindəki ehtiyat hissədən sonrakı çökəkliyə aşırıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Ağdaş rayon sakini İsayev Ramin Elbrus oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi




Çap et  Çap et