Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Bakı 2015 Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar

25 may 2015-ci il

Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar mayın 25-də, saat 16:30-dan tədbirin bitdiyi müddətədək paytaxtın Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik digər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdiriləcək.

Sürücülər həmin vaxtlarda alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəbəsəsinə, Zığ-Aeroport yoluna (beton yol), Lökbatan dairəsindən kənarkeçmə yolla Yeni Yasamalı istiqamətinə, Bayıl qəsəbəsindən isə 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə doğru hərəkət edə biləcəklər.
xəbərlərin arxivi




Çap et  Çap et