Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə

05 iyun 2015-ci il

Bakı şəhərində l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar 2015-ci il 3 iyul tarixinə qədər Atletlər və Media kəndlərini əhatə edən avtomobil yollarında - Heydər Əliyev prospekti ilə 4-cü uzununa küçəsini birləşdirən “Koroğlu” metro stansiyası ilə Atletlər kəndi arasındakı yolda,  Heydər Əliyev prospekti ilə 4-cü uzununa küçəsini birləşdirən Atletlər kəndi ilə Media kəndi arasındakı yolda,  Heydər Əliyev prospekti ilə 4-cü uzununa küçəsini birləşdirən Media kəndinin yanından keçən yeni yolda və Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətindəki kənar hərəkət hissəsinin “Koroğlu” metro stansiyasından Media kəndinin sonunadək bir hərəkət zolağında I  Avropa Oyunlarında istifadə olunacaq və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
xəbərlərin arxivi




Çap et  Çap et