Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə

15 iyun 2015-ci il

Bakı-2015 Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar 17 iyun tarixdə saat 11:30-dan 15:30-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5-ci kilometrliyinədək, 18 iyunda isə saat 05:30-dan 20:40-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngəyədək, eləcə də saat 06:30-dan 18:40-dək “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5-ci kilometrliyinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan müddətlər ərzində Bilgəh istiqamətində hərəkət edən sürücülərə “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən, “Bilgəh Estates”dən qərb istiqamətdə hərəkət edənlərə Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən, Kürdəxanı qəsəbəsinə doğru hərəkət edənlərə isə Zabrat qəsəbəsindən keçməklə Şəhər şosesindən istifadə etmələri tövsiyə olunur.


xəbərlərin arxivi




Çap et  Çap et