Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

20-21 iyun 2015-ci tarixlərdə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə

19 iyun 2015-ci il

Bakı 2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar pytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bül-bül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində 20 iyun tarixində saat 05:30-dan 21:00-dək və 21 iyun tarixində saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan marşrutda sürücülər bəzi küçə və prospektlərdən yalnız birtərəfli istiqamətdə istifadə edə biləcəklər. Belə ki, Hüseyn Cavid prospektindən Parlament prospektinə doğru, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə doğru, Abbasqulu Ağa Bakıxanov küçəsindən İnşaatçılar prospektinə doğru Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nabel prospektinə doğru hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.

Bununla yanaşı yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün sürücülər Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.
xəbərlərin arxivi




Çap et  Çap et