Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

17 sentyabr 2015-ci il tarixdə saat 08:20 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci km-də Sumqayıt

18 sentyabr 2015-ci il

17 sentyabr 2015-ci il tarixdə saat 08:20 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci km-də Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Ağakişiyev Baloğlan Güloğlan oğlu idarə etdiyi “Ford Transit” markalı, 10-OX-138 dövlət qeydiyyat nişanlı mikroavtobusla Quba rayonu  istiqamətində hərəkətdə olarkən idarə etməni itirərərək yolun sağ kənarındakı metal konstruksiyalı çəpərə dəyib. 

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər Masallı rayon sakinləri  1987-ci il təvəllüdlü Cəfərov Elnur Sücaət oğlu, 1989-cu il təvəllüdlü Abdullayev Amil Ələsgər oğlu hadisə yerində, Abşeron rayon sakini 1963-cü il təvəllüdlü Məmmədova Ofelya Məmməd qızı isə aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüblər. Digər sərnişinlər  Abşeron rayon sakinləri 1960-cı il təvəllüdlü Hüseynova Elza Məmmədyar qızı, 1962-ci il təvəllüdlü Qurbanova Yeganə Adil qızı, 1983-cü il təvəllüdlü Əhmədov Rəşad Hacıabış oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Əsmər Sultan qızı, 1984-cü il təvəllüdlü Paşayev Asif Sədri oğlu, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Qarayev Elçin Xoşbəxt oğlu, 1969-cu il təvəllüdlü Əliyev Bəhruz Fərzi oğlu və Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Allahverdiyev İbadət Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

  Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et