Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

20 sentyabr 2015-ci il tarixdə saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 286-cı km-də Şəmkir...

20 sentyabr 2015-ci il


20 sentyabr 2015-ci il tarixdə saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan  sərhədi yolunun 286-cı km-də Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü Həsənov Rasim Yunis oğlunun idarə etdiyi “Kamaz-53212” markalı, 57-BJ-909 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Salyan rayon sakini 1995-ci il təvəllüdlü Babayev Elnur Samid oğlunun idarə etdiyi “BYD F3” markalı, 10-PZ-128 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində “BYD F3” markalı avtomobildə olan sərnişinlərdən  Salyan rayon sakini 1993-cü il təvəllüdlü Babayev Coşqun Səmid oğlu hadisə yerində ölüb, xəsarət almış sürücü Elnur Babayev və digər sərnişinlər, Salyan rayon sakinləri 1977-ci il təvəllüdlü Babayev Ramin Cahanbaxış oğlu və 2006-cı il təvəllüdlü Babayev Şamil Ramin oğlu Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da sərnişinlərin həyatını xilas etmək mümükün olmayıb.

 Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et