Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

4 oktyabr 2015-ci il tarixdə Göygöl rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 oktyabr 2015-ci il

4 oktyabr 2015-ci il tarixdə Göygöl rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

4 oktyabr 2015-ci il tarixdə saat 22:30 radələrində Göygöl şəhəri ərazisindən keçən hissəsində Göygöl rayon sakini 1981-ci il təvəllüdlü Nəsibov Xanlar Gülalı oğlu idarə etdiyi “VAZ-2109” markalı, 34-BB-938 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə çayının üzərindəki körpüdən keçərkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çayın içərisinə aşıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Göygöl rayon sakinləri 1981-ci il təvəllüdlü Seymurov Pərviz Elmar oğlu və Nəsibov Rəşadət İsmayıl oğlu suya düşmüş avtomobilin içərisində boğularaq ölüblər.
xəbərlərin arxivi




Çap et  Çap et