Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

26 dekabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

28 dekabr 2015-ci il


26 dekabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 dekabr 2015-ci il tarixdə saat 00:30 radələrində İmişli şəhərinin H.Əliyev prospektində 1991-cı il təvəllüdlü İmişli rayon sakini Kərimov Elçın Alı oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 10-GU-293 dövlət qeydiyyat nişanlı avtomobil yolun sag kənarında dayanmış 1975-ci il təvəllüdlü Pənahov Nazım Tifiq oğluna məxsus “ZİL” markalı, 30-BE-153 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.


Qəza nəticəsində xəsarət alan “Vaz-21074” markalı avtomobilin sürücü və sərnişinləri İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da sərnişinlər - İmişli rayon sakinləri, 1985-ci il təvəllüdlü Cavadov Samir Adəm oğlu, 1989-cu il təvəllüdlü Əmirov Valeh Əmir oğlu və 1992-ci il təvəllüdlü Ağcabədi rayon sakini Mürşüdlü Elçıbəy Musa oğlu ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.


xəbərlərin arxivi




Çap et  Çap et