Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

2016-cı ilin 3 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

11 aprel 2016-cı il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 3 ayı ərzində respublika ərazisində 419 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 143 nəfər həlak olmuş, 453 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8%), həlak olanların sayı 80 nəfər (35,9%), yaralananların sayı 102 nəfər (18,4%) azalmışdır.

Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 31 nəfər həlak olmuş, 160 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 60 fakt (29%), 37 nəfər (54,4%), 61 nəfər (27,6 %) azalmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9%-i (155 hadisə, 52 ölüm, 183 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3%-i (102 hadisə, 43 ölüm, 89 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8%-i (58 hadisə, 10 ölüm, 81 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,1%-i (5 hadisə, 2 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 40,8%-ni (171) piyadaların vurulması təşkil etmiş, nəticədə 64 piyada həlak olmuş, 119-u yaralanmışdır. 5 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə həlak olmuş, 35 nəfər yaralanmışdır.

 


xəbərlərin arxivi




Çap et  Çap et