Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

29 may 2016-cı il tarixdə Xızı rayonu ərazisində 3 nəfərin ölümü, 24 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

31 may 2016-cı il

29 may 2016-cı il tarixdə saat 19:05 radələrində, Qızılqazma-Xizi yolunun 5-ci km-də sürücü 1982-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Şirinov Zaur Murğuz oğlu idarə etdiyi “Hyundai” markalı, 50-CX-181 dövlət qeydiyyat nişanlı avtobusu aşırıb.  

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 1950-ci il təvəllüdlü Abdullayev Sərxan Ata oğlu, 1984-cü il təvəllüdlü Həziyev Kamal İslam oğlu, 1963-cü il təvəllüdlü İsmayılova Billurə Nardab qızı aldıqları xəsarətlərdən ölüblər, abtobusun sürücüsü və digər 23 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən rayonu və Sumqayıt şəhər xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et