Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

“Formula-1 Avropa Qran Pri” yarışlarının keçirildiyi müddət ərzində Bakı şəhərinin bəzi mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkət istiqamətlərinin müvəqqəti dəyişdirilməsi barədə

14 iyun 2016-cı il


17-19 iyun 2016-cı il tarixlərində “Formula-1 Avropa Qran Pri” yarışlarının keçirilməsi ilə əlaqədar paytaxtın aşağıda qeyd olunmuş küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkət istiqamətləri 14.06.2016-cı il saat 01:00-dan 21.06.2016-cı il saat 06:00-dək dəyişdirilir.

Əks istiqamətdə birtərəfli hərəkət təşkil edilmiş küçələr:

-    Lermantov küçəsinin Şeyx Şamil küçəsindən Əhməd Cavad küçəsinədək olan hissəsi (hərəkət istiqaməti Əhməd Cavad küçəsinə doğru)
-    Əhməd Cavad küçəsinin Səid Rüstəmov küçəsindən Azərbaycan prospektinədək olan hissəsi (hərəkət istiqaməti Azərbaycan prospektinə doğru)
-    Nizami küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsi (hərəkət istiqaməti Rəşid Behbudov küçəsinə doğru)

İkitərəfli hərəkət təşkil edilmiş küçələr:

-    Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli küçəsindən Üzeyir Hacıbəyli küçəsinədək olan hissəsi (hər iki istiqamətdə hərəkət etmək olar)
-    Üzeyir Hacıbəyli küçəsinin Səməd Vurğun küçəsindən Rəsul Rza küçəsinədək olan hissəsi (hər iki istiqamətdə hərəkət etmək olar)
-    Rəsul Rza küçəsinin Üzeyir Hacıbəyli küçəsindən Əbdülkərim Əlizadə küçəsinədək olan hissəsi (hər iki istiqamətdə hərəkət etmək olar)
-    Əbdülkərim Əlizadə küçəsinin Rəsul Rza küçəsindən Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi (hər iki istiqamətdə hərəkət etmək olar)
-    Keykab Səfərəliyeva küçəsinin Nizami küçəsindən Nobel prospektinədək olan hissəsi (hər iki istiqamətdə hərəkət etmək olar)
-    Nobel prospektinin Keykab Səfərəliyeva küçəsindən Yusif Səfərov küçəsinədək olan hissəsi (hər iki istiqamətdə hərəkət etmək olar)

Birtərəfli hərəkət təşkil edilmiş küçələr:

-    28 May küçəsinin Keykab Səfərəliyeva küçəsindən Mehbalı Zeynalabdiyev küçəsinədək olan hissəsi (hərəkət istiqaməti Mehbalı Zeynalabdiyev küçəsinə doğru)
-    R. Zorge küçəsinin Üzeyir Hacıbəyli küçəsindən Xaqani küçəsinədək olan hissəsi (hərəkət istiqaməti Xaqani küçəsinə doğru)
xəbərlərin arxivi




Çap et  Çap et