Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibəti ilə 26 iyun - 1 iyul 2016-cı il tarixlərində Rusiya Federasiyasının Moskva vilayətində keşirilmiş lX Ümumrusiya professional ustalıq konkursu barədə

06.07.2016

Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibəti ilə 26 iyun - 1 iyul 2016-cı il tarixlərində Moskva vilayətinin Domodedovo şəhərində keçirilmiş “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin yol hərəkəti təhlükəsizliyinin Dövlət inspeksiyasının ən yaxşı yol-patrul xidməti əməkdaşı” adı uğrunda lX Ümumrusiya professional ustalıq konkursunda iştirak edən Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci taqımının YPX inspektoru, polis baş serjantı İbrahimov Emil Ələmdar oğlu tədbirə dəvət olunmuş MDB dövlətlərinin YPX əməkdaşları arasında birinci yerə layiq bilinmişdir.

Yarışlar əsasən aşağıdakı sahələr üzrə təşkil edilmişdir:

-    Xüsusi hazırlıq üzrə - yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi, nizamlanması;

-    Texniki-kriminalistika üzrə - xüsusi və operativ-mexaniki vasitələr;

-    Tibbi hazırlıq üzrə - nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı yaralılara ilkin tibbi yardım;

-    Atəş hazırlığı üzrə - silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi, atəş hazırlığı normativlərin icrası, praktiki atıcılıq;

-    Fiziki hazırlıq üzrə - güləş döyüş fəndləri, turnikdə dartınma, 1 km kross.

Konkursda hər sahə üzrə sınaqlar ballarla qiymətləndirilmiş və əməkdaşların topladığı ballara uyğun olaraq yerlər müəyyən edilmişdir.
 Qeyd edək ki, yarışlarda 2-ci yerə Belarusiyalı, 3-cü yerə isə Osetiyalı əməkdaş layiq bilinib.
Mükafatları 1990-2002-ci illərdə Rusiyanın Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmiş, hazırda istefada olan polis general-leytenantı Vladimir Fyodorov təqdim edib.