Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

2016-cı ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

12 iyul 2016-cı il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 304 nəfər həlak olmuş, 970 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), yaralananların sayı 147 nəfər (13,2%) azalmışdır.

Bakı şəhəri ərazisində 323 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 73 nəfər həlak olmuş, 342 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1%-i (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2%-i (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21 hadisə, 8 ölüm, 25 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil etmiş, nəticədə 130 piyada həlak olmuş, 290-ı yaralanmışdır. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olmuş, 80 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalmışdır.

 


xəbərlərin arxivi




Çap et  Çap et