Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 avqust 2016-cı il tarixdə Sumqayıt şəhəri ərazisində 6 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

31 avqust 2016-cı il

30 avqust 2016-cı il tarixdə saat 21:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 45-ci km-də 1976-cı il təvəllüdlü Abşeron rayonu Saray qəsəbəsində yaşayan Bayramov Elyar Yusif oğlunun Quba rayonu istiqamətdə idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Elnur İsfəndiyar oğlunun əks istiqamətdə idarə etdiyi “Vaz-21102” markalı, 66-BS-663 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə “Vaz-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər, “Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da E.Bayramovun həyatını xilas etmək mümükün olmayıb.
Faktla bağlı araşdırma aparılır.   

xəbərlərin arxivi




Çap et  Çap et