Məlumatlar 23 oktyabr 2014-cü il

21 oktyabr 2014-cü il tarixdə Beyləqan rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti

Qərar № 41
Bakı şəhəri, 15 mart 1999-cu il

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki, sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik olduğu hal istisna olmaqla, onun dəyişdirilməsi üçün 5000 manat miqdarda haqq ödənilir.

5. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ.

"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 197) ("VneshExpertService").

2 iyun 2003-cü il tarixli 73 nömrəli qərara əsasən dəyişikliklər və əlavələrlə ("VneshExpertService").

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır.
II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının
artırılmasının təşkili

2.1. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təlim sistemi aşağıdakıları özündə əks etdirir:

a) "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədərdir, "B" və "A" kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir;

b) "B", "C", "D", "E" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır.
"C" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması, "B" kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
"D" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması, "B" və ya "C", ya "BC", ya da "BCE" kateqoriyalarına aid avtomobil nəqliyyatı vasitələrini idarə etmək sahəsində 3 ildən çox təcrübəsi olan axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
"E" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması, "B" və ya "BC", ya "C", ya "BCD", ya "CD", ya da "D" kateqoriyalarına aid avtomobil nəqliyyatı vasitələrini idarə etmək sahəsində 3 ildən çox təcrübəsi olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir;

c) Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
"A" kateqoriyası üzrə - 16 yaşdan;
"B", "C" kateqoriyaları üzrə - 18 yaşdan;
"D" və "E" kateqoriyaları və "trolleybuslar" üzrə - 18 yaşdan (hərbi qulluqçular üçün 19 yaşdan);
"Tramvay" üzrə - 20 yaşdan.

2.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması istehsalatdan ayrılmaqla və ayrılmamaqla həyata keçirilir.

2.3. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

a) "A", "B", "C" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün: ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi; müəyyən edilmiş formada tibbi arayış; 3,5ґ4,5 sm ölçüdə üç ədəd fotoşəkil; təhsil haqqında sənədin əsli, əgər varsa (şəxsən təqdim edilir);, pasport və yaxud onu əvəz edən başqa sənəd (şəxsən təqdim edilir); təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün);

b) "B", "C" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üçün "a" bəndində göstərilən sənədlərdən əlavə sürücülük vəsiqəsi, "D", "E" kateqoriyalarına aid olanlar üçün isə göstərilən sənədlərdən əlavə olaraq müvafiq avtomobil nəqliyyatı vasitələrində sürücülük iş stajını təsdiq edən əmək kitabçasından çıxarışı və Dövlət Yol Polisinin müvafiq arayışı təqdim olunur.
Müdavimlərin təhsilə qəbulu, eləcə də onların buraxılışı və yaxud xaric edilməsi tədris müəssisəsi (təşkilatı) rəhbərinin əmri ilə sənədləşdirilir.

2.4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün tədris qruplarında müdavimlərin sayı 10-30 nəfər olmalıdır.
Tədris müəssisələrində məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada təhsil alanların siyahısını və sifariş təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Məntəqəsində (QİM) qeydiyyata alınmalıdır. QİM-ə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-yə göndərilməlidir.

2.5. Tədris müəssisələrində müdavimlərin tədris prosesinə nəzəri və laboratoriya-təcrübə məşğələləri, ilk tibbi yardım, avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürmə təlimi daxildir.

2.6. Nəzəri, laboratoriya-təcrübə məşğələləri və ilk tibbi yardım təchiz edilmiş kabinetlərdə (siniflərdə) və laboratoriyalarda keçirilir. Avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi avtomotorenajorlarda və təlim avtodromlarında (meydançada) keçirilir. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında bərabər tərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş, qırmızı haşiyəyə alınmış və içərisində qara rəngdə "Təlim" sözü yazılmış üçbucaq şəklində (minik avtomobilin damında iki tərəfli nişan qoyulmasına yol verilir) nişan qoyulur.
Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyə öyrənən şəxsin, onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsinin sürmə təlimi vermək hüququna dair sənədi və vəsiqəsi olmalıdır.

2.7. Tədris planı və proqramları ilə müəyyən edilmiş bütün növ məşğələlər təsdiq olunmuş dərs cədvəli üzrə keçirilir, sürmə məşğələləri isə avtomobil nəqliyyatı vasitələrinin sürmə təliminin növbəlik qrafiki üzrə aparılır.

2.8. Bütün növ məşğələlərin uçotu müəyyən olunmuş forma üzrə təlimin uçotu jurnallarında, sürmə təlimi isə bundan əlavə yol vərəqələrində və fərdi sürmə təlimi kitabçalarında aparılır (2 nömrəli əlavə).

III. Nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və onların ixtisasının
artırılmasına rəhbərlik

3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu sahədə fəaliyyət göstərən tədris müəssisələrində və kurslarda Daxili İşlər Nazirliyinin DYP İdarəsi ilə birlikdə respublikada nəqliyyat vasitələrinə sürücü kadrların hazırlanması və onların ixtisasının artırılması prosesinə metodiki rəhbərlik edir və dövlət təhsil proqramları çərçivəsində bu sistemin tənzimlənməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər, sərəncamlar işləyib hayata keçirir.

3.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması prosesini həyata keçirən müəssisələr: respublikada nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və ixtisasartırmaya olan tələbatı Təhsil Nazirliyi ilə birgə öyrənərək təyin edirlər; təhsil müəssisələrinin maddi-texniki təchizatının təmin olunması və genişləndirilməsində bilavasitə iştirak edirlər; hazırlanma və ixtisas artırma prosesini həyata keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsində məsuliyyət daşıyırlar; nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təkmilləşdirilməsi üçün elmi tədqiqat işlərində və araşdırmalarda iştirak edirlər; mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsini həyata keçirirlər; nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin qabaqcıl təcrübələrini öyrənir, ümumiləşdirib yayırlar.

3.3. Təhsil müəssisələrinin rəhbər işçilərinin, müəllimlərin və istehsalat təlim ustalarının (təlimatçı sürücülərin) əsas vəzifələri müəyyən olunmuş qayda üzrə təsdiq edilmiş rəhbər vəzifələr və mühəndis-pedaqoji işlər haqqındakı ixtisas xarakteristikaları, təlimatlar və əsasnamələrlə müəyyən edilir.

3.4. Təhsil müəssisəsinin (təşkilatın) bütün fəaliyyətinə rəhbərlik bu Əsasnaməyə uyğun olaraq tədris müəssisəsinin Nizamnaməsi əsasında həyata keçirilir.

3.5. Laborator-təcrübə məşğələlərinin aparılması üçün istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, avtomobil-traktor ixtisasına malik yüksək istehsalat ixtisaslı və iş təcrübəsi olan şəxslərdən təyin edilir.

3.6. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması üçün istehsalat təlimi ustaları (sürücü təlimatçılar) orta təhsildən aşağı olmayan, müvafiq kateqoriyalı nəqliyyat vasitələrində üçillik iş stajı və xüsusi proqram üzrə sürmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə şəhadətnaməsi (3 nömrəli əlavə) olan şəxslərdən təyin edilir.

3.7. Avtonəqliyyat vasitələrinin quruluşu və istismarı fənninin müəllimləri adətən avtomobil-traktor ixtisasları üzrə ali təhsilli şəxslərdən təyin edilir. Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyinin əsasları fənləri üzrə əlavə olaraq avtonəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi tələb olunur.

3.8. Nəqliyyat vasitələri sürücülərini hazırlayan və onların ixtisasını artıran təhsil müəssisələrinin (təşkilatların) mühəndis-pedaqoji işçilərinin ixtisaslarının artırılması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mövcud qaydada həyata keçirilir.

IV. Tədris-maddi baza

4.1. Avtomobil nəqliyyatı vasitələri sürücülərinin yüksək keyfiyyətli hazırlanmasını və onların ixtisasının artırılmasını təmin etmək üçün tədris müəssisələrində müasir əyani vasitələr, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmuş tədris kabinetləri (sinifləri) və laboratoriyaları (4 nömrəli əlavə), təlim avtodromu (meydança) və təlim nəqliyyat maşınları olmalıdır.
Təlim avtodromu (meydança) olmadıqda və nəqliyyat maşınlarının çatışmadığı hallarda tədris müəssisələri fiziki və hüquqi şəxslərə məxsus sahələri və nəqliyyat vasitələrini icarəyə götürə bilərlər.
Tədris müəssisələrinin müasir avtomobil nəqliyyatı vasitələri, yanacaq-sürtgü materialları, avadanlıq, ehtiyat hissələri və alətləri ilə təmin edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.
4.2. Tədris müəssisəsinin bütün avtomobil nəqliyyatı vasitələri ərazi üzrə QİM-də qeydiyyata alınır.

V. Buraxılış imtahanları

5.1. Müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək üçün, təlimin sonunda müstəqil sürücülük hazırlığını aşkar etmək məqsədilə əvvəlcə onlar tədris müəssisələrində məqbul (zaçot) və imtahanları verirlər, sonra ərazi üzrə QİM-də onlardan imtahanlar qəbul edilir. İmtahanların keçirilməsinə qədər əvvəlki ayın 25-nə kimi Qeydiyyat İmtahan Məntəqəsinə imtahanların qəbulu üçün sifariş verilir.
Müdavimlərdən imtahanların qəbul edilməsi üçün tədris müəssisəsi rəhbərinin əmri ilə sədr və iki üzvdən ibarət imtahan komissiyası yaradılır. İmtahan komissiyasının tərkibinə əlavə olaraq, onlar üçün sürücü kadrları hazırlayan avtomobil nəqliyyatı müəssisələrinin nümayəndələri də daxil edilə bilər.

5.2. İmtahanlara təsdiq olunmuş tədris planı və proqramları üzrə tam təmin kursunu bitirmiş və bütün fənlərdən müsbət yekun qiymətləri alan müdavimlər buraxılır.

5.3. Tədris qruplarında nəzəri imtahanlar, qüvvədə olan tədris planı və proqramları əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş imtahan biletləri üzrə keçirilir.
Nəqliyyat vasitələrinin təcrübi sürmə təlimi üzrə imtahanlar iki mərhələdə keçirilir: əvvəlcə avtodromda, sonra Dövlət Yol Polisi ilə razılaşdırılmış yol hərəkəti şəraitində nəzarət marşrutunda.

5.4. Müdavimlərin bilik, bacarıq və vərdişləri dörd bal sistemi ilə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi) və 2 (qeyri-kafi). "3" məqbul hesab edilir.
İmtahanlardan qeyri-kafi qiymət alan müdavimlər yalnız əlavə hazırlıqdan sonra təkrar imtahanlara buraxılır.

5.5. İmtahanların nəticələri protokolla (5 nömrəli əlavə) sənədləşdirilir, komissiyanın sədri və üzvləri, sonra isə tədris müəssisəsinin rəhbəri tərəfindən imzalanır və möhürlənir.

5.6. Tədris müəssisəsində məqbul (zaçot) və imtahanları müvəffəqiyyətlə verən müdavimlərə təlim kursunu bitirmələri barədə şəhadətnamə verilir (6 nömrəli əlavə).
Şəhadətnamə ciddi hesabat sayılır, mətbəə sıra nömrəsi olur və mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə müdavimlərə verilən şəhadətnamə həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənəd sayılmır, müvafiq kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin alınması üzrə imtahanlara buraxılması üçün Dövlət Yol Polisi idarəsinə təqdim edilir.

5.7. Tədris qrupunun tədris sənədləri və imtahan komissiyalarının protokolları 75 il ərzində müəssisələrdə saxlanılır.
Tədris müəssisələrinin bitirilməsi barədə şəhadətnamə itirildiyi halda məzunun ərizəsi və imtahan komissiyasının protokolu əsasında ona dublikat şəhadətnamə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 1 nömrəli Əlavə

Tədris qrupunun qeydiyyata alınması barədə sifarişin forması Dövlət Yol Polisi İdarəsinin rəisi _______________ xahiş edirəm "____"
kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücüləri təlimi üzrə "____" №-li tədris qrupunu qeydiyyata alasınız.
(tədris müəssisəsinin adı)
Ünvan ______________ Telefon ____________ Dərslərin başlanması
________ Dərslərin qurtarması ________

Müəllimlər:
1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu və istismarı üzrə (adı, soyadı, atasının adı)
Təhsili __________________ İxtisası ______
2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları üzrə
(adı, soyadı, atasının adı)
Təhsili ___________________ İxtisası _______
Sürücülük vəsiqəsi
3. Tibbi yardım göstərilməsi üzrə
(adı, soyadı, atasının adı)
Təhsili __
İxtisası __________
İstehsalat təlimi ustaları (sürmə təlimatçıları)
1. təhsili
(adı, soyadı, atasının adı)
İş stajı _ il avtomobil nəqliyyatı vasitələri sürücüsü
Kateqoriya __ təlim hüququ üzrə şəhadətnamə,
Seriya ___, № ______, "____"______________ 199__ il
Müdavimlərin siyahısı
Sıra
№-si
Soyadı, adı, atasının adı
Doğulduğu gün, ay, il
Təhsili, sürücülük vəsiqəsi
Seriya __________, №__________,
kim tərəfindən verilib, verilmə tarixi,
avtonəqliyyat vasitəsinin kateqoriyası*
İş yeri
Yaşayış yeri
1
2
3
4
5
6

Tədris müəssisəsinin rəhbəri
"____"__________________ 199__ il
(imza)
* 4-cü qrafada avtomobil nəqliyyatı vasitələri sürücüləri kimi hazırlanan şəxslərin təhsili göstərilir, sürücülərin ixtisasının artırılması halda isə sürücülük vəsiqəsinin məlumatları qeyd olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 2 nömrəli Əlavə

(Nazirliyin, baş idarənin adı)
Trenajorlarda və avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi uçotunun fərdi kitabçası
Saxlanması və aparılması qaydaları
1. Kitabça müdavimə tədris müəssisəsinə qəbulu zamanı verilir və təlimin sonuna qədər onda saxlanılır.
2. Kitabçanı təqdim etmədən müdavim məşğələlərə buraxılmır.
3. Hər məşğələdə kitabça istehsalat təlimi ustasına təqdim olunur, o da öz növbəsində müvafiq qrafalarda faktiki təlim vaxtını və müdavimin qiymətini yazır, imza edir.
4. Müdavim kitabçasını qorumalı və səliqə ilə saxlamalıdır.
(tədris müəssisəsinin adı)
(müdavimin soyadı, adı, atasının adı)
Tədris qrupunun №-si __________
Təlimə başlanılıb "____"__________________ 199__ il
Təlim qurtarıb "____"__________________ 199__ il
İstehsalat təlimi ustası __________________
Avtotrenajor: markası ______________, tipi __________________
Təlim avtonəqliyyat vasitəsi: markası __________ Dövlət №__________
Tədris müəssisəsi rəhbərinin müavini
(imza)
M.Y. "____"___________ 199__ il
I. Avtotrenajorlarda və avtonəqliyyat vasitələrində sürmə təliminin uçotu
Tarixi
Tapşırıqların №-si
Proqram üzrə tapşırığın adı
Saatların miqdarı
Qiymət
İmzalar
Proqram üzrə
Yerinə yetirilib
Usta
Müdavim

II. Texniki qulluq işlərinin yerinə yetirilməsinin uçotu
Tarixi
Nəzarət baxışları, gündəlik texniki qulluq
Yerinə yetirilib,
saatla
Qiymət
İmzalar
Usta
Müdavim
Cəmi sərf edilib _______ saat

III. Nəzarət yoxlamaları
Tarixi
İradların qısa məzmunu
Qiymət
Yoxlayıcı şəxsin imzası
Bunlardan ____ saat avtotrenajorlarda və ____ saat avtonəqliyyat vasitələrində, o cümlədən: ____ saat yük avtomobilində, ____ saat minik avtomobilində, ____ saat
avtobusda, ____ saat avtoqatarda.
Dövlət Yol Polisində sürmə imtahanlarına buraxılır.
Tədris müəssisəsinin rəhbəri
___________________ M.Y.

 (imza)
"____"__________________ 199__ il
Avtonəqliyyat vasitələrinin sürülməsinə ________ saat əlavə vaxt verilib.
Tədris müəssisəsinin rəhbəri
__________________ M.Y.

 (imza)
"____"__________________ 199__ il

IV. Təlimə cəmi sərf edilib
Bunlardan ____ saat avtotrenajorlarda və ____ saat avtonəqliyyat vasitələrində, o  cümlədən: ____ saat yük avtomobilində, ____ saat minik avtomobilində, ____ saat 
avtobusda, ____ saat avtoqatarda.
Dövlət Yol Polisində sürmə imtahanlarına buraxılır.
Tədris müəssisəsi rəhbərinin müavini
___________________________ M.Y.

(imza)
"____"__________________ 199__ il

Avtonəqliyyat vasitələrinin sürülməsinə ________ saat əlavə vaxt verilib.
Tədris müəssisəsi rəhbərinin müavini
___________________________ M.Y.
(imza)
"____"__________________ 199__ il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 3 nömrəli Əlavə
(Nazirliyin, baş idarənin adı)
(Tədris müəssisəsinin adı)
Şəhadətnamə
Seriya ____________________ №____________________
Verilir vətəndaş ______________________________________________ ondan ötrü ki,
 (soyadı, adı, atasının adı)
O, "____"__________________ 199__ ildən "____"__________________ 199__ ilə qədər
(tədris müəssisəsinin adı)
təlim kursu keçib.
Avtomobil nəqliyyatı vasitələrinin sürülməsinin metodikası üzrə ____ saat həcmində tam kursu bitirib. Müəyyən edilmiş məqbul və imtahanları vermişdir.

M.Y.
İmtahan komissiyasının qərarı ilə
"____"__________________ 199__ il tarixli
__№-li protokolu
Vətəndaş
(familiyası, adı, atasının adı)
avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması hüququ verilir.
İmtahan komissiyasının sədri ______________________
(imza)
Tədris müəssisəsinin rəhbəri ________________________
(imza)
M.Y.
Verilib "____"__________________ 199__ il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 nömrəli Əlavə

Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının Siyahısı
1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi).
2. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi).
3. Yol hərəkəti qaydaları kabineti (sinfi).
4. Hərəkətin təhlükəsizliyi və ilk tibbi yardım kabineti (sinfi).
5. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya.
6. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya.
7. Avtomobil trenajorları kabineti (sinfi).
8. Təlim avtodromu.
Kabinetlərin (siniflərin) və laboratoriyaların miqdarı tədris müəssisəsi üçün müəyyən olunmuş avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması və yenidən hazırlanması planına müvafiq olaraq orta illik kontingentə əsasən təyin edilir.
Kifayət qədər auditoriya fondu olduqda avtomobil nəqliyyatı vasitələrinin kateqoriyaları üzrə, eləcə də proqramın ayrı-ayrı bölmələri (mövzuları) üzrə ixtisaslaşdırılmış quruluş, avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabinetləri təşkil edilə bilər.
Kifayət qədər auditoriya fondu olmadıqda isə avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti, istismarın əsasları və əməyin mühafizəsi kabinetləri ilə, yol hərəkəti qaydaları kabineti isə hərəkət təhlükəsizliyinin əsasları kabineti ilə birləşdirilə bilər.
Fərdi avtomobil nəqliyyatı və "A" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının Siyahısı
1. Quruluş və texniki qulluq kabineti (sinif).
2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabineti (sinif).
3. Avtotrenajorlar kabineti (sinif).
4. Sürmə təlimi üçün meydança.
Kifayət qədər auditoriya fondu olmadıqda quruluş və texniki qulluq, yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabinetləri birləşdirilə bilər.

Avadanlığın təxmini Siyahısı

I. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi)
Öyrənilən markalar üzrə avtomobillərin (avtobusların) əsas yığma vahidlərinin kəsilmiş halda dəstləri, ayrı-ayrı mexanizmləri, sistemləri və hissələri:

1. İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərrik (yığılmış halda) - 2 ədəd
2. Ötürmələr qutusu (yığılmış halda)- 2 ədəd
3. Bölüşdürücü qutu (yığılmış halda)- 2 ədəd
4. Qabaq aparan körpülər və arxa körpülər - 2 ədəd
5. Hidravlik gücləndirici sükan mexanizmi (yığılmış halda) - 1 ədəd
6. Bucurğad (yığılmış halda) - 1 ədəd
7. Çarxqolu-sürgüqolu mexanizminin hissələri - 2 kom.
8. Qazpaylama mexanizmin hissələri - 2 kom.
9. Soyutma sisteminin cihazları - 2 kom.
10. Yağlama sisteminin cihazları - 2 kom.
11. Qida sisteminin cihazları - 2 kom.
12. Alışdırma sisteminin cihazları - 2 kom.
13. Akkumulyatorlar batareyaları - 2 ədəd
14. Generator və rele-nizamlayıcılar - 2 kom.
15. Starterlər - 2 ədəd
16. İşıq və səs siqnalizasiyasının cihazları - 1 kom.
17. Tormoz sistemlərinin qovşaqları və cihazları - 2 kom.
18. İşəsalıcı qızdırıcıların qovşaqları və cihazları - 1 kom.
19. Şinlərdə təzyiqi nizamlayan sistemin cihazları - 1 kom.
Nümayiş stendləri
1. Mühərrikin iş sikli
2. Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmləri
3. Qida, soyutma, yağlama sistemləri
4. Qazbalonlu qurğulu mühərrikin qida sistemi
5. Elektrik avadanlığı
6. Sükanlı idarəetmə
7. Tormoz sistemləri
Öyrənilən avtomobillərin (avtobusların) quruluşuna aid plakatlar dəsti.
Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; avtomobil nəqliyyatı vasitələrinin quruluşuna aid kinofilmlər və daifilmlər.

II. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi)

1. Azərbaycan Respublikasında avtomobil daşımalarını xarakterizə edən diaqramlar.
2. Avtomobil nəqliyyatı müəssisələrinin struktur sxemi.
3. Avtomobillərin parklarda və açıq dayanacaqlarda yerləşdirilməsi sxemi.
4. Avtomobillərə texniki qulluğun texnoloji prosesinin sxemi.
5. Avtomobil daşımalarının mərkəzləşdirilmiş idarə edilməsinin sxemi.
6. Avtomobil təhvil-təslim aktı, yol vərəqəsi, mal-nəqliyyat qaimələri, avtomobilin cari təmirinə sifariş, ehtiyat hissələrin və materialın alınması üçün tələbnamə, avtomobilin boş dayanma aktları, yükün çəkilməsi, yükün əskik gəlməsi (xarab olması) barədə sənədlərin tərtib olunması üzrə plakatlar dəsti.
7. Avtomobillərə texniki qulluq, avtomobil nəqliyyatında əməyin mühafizəsi və təhlükəsizliyinə aid plakatlar dəsti.
8. "Sürücülərin əmək haqlarının vahid tarif stavkası", "Yanacaq-sürtkü materiallarının məsrəf normaları", "Avtomobil nəqliyyatı vasitələrinin işinin texniki-istismar göstəricilərinə aid müxtəlif cədvəllər" (plakatlar).
9. Avtomobillərə (avtobuslara, qoşqulara) texniki qulluq üzrə nəzəri sualları izah edərkən əyani nümayiş etdirmək üçün tərtibatların və alətlərin nümunələri.
10. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; avtomobil nəqliyyatı vasitələrinin istismarı və texniki qulluğu üzrə kinofilmlər və daifilmlər.

III. Yol hərəkəti qaydaları kabineti (sinfi)

1. Yol nişanları və əlavə məlumat vasitələrinin elektrikləşdirilmiş stendi.
2. Müxtəlif yolayrıcıları və dairəsi hərəkətli meydançaların metal əsasında təsvirlərini göstərən planşetlər dəsti (müəllim üçün).
3. Yolayrıcılarında və meydançalarda avtomobillərin keçirilməsi üzrə məsələlərin həll edilməsi üçün avtomobil nəqliyyatı vasitələrinin yol nişanlarının maqnitli maketləri.
4. Yolayrıcıları və meydançaların sxemlərinin dəsti (tədris partalarının sayına uyğun, şagirdlər üçün).
5. Yolların nişanlanması və onun yollarda, körpülərdə, kəsişən yolların üstündən salınan körpülərdə və başqa yerlərdə tətbiqinə aid tədris-əyani vəsaitlər.
6. Svetoforların (bütün tiplər üzrə) elektrikləşdirilmiş modelləri.
7. Nizamlayıcının siqnallarına aid tədris-əyani vəsaitlər.
8. Tədris müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin sxemi, yaxud nizamlayıcı vasitələrin (nizamlayıcıların, svetoforların, yol nişanlarının, yolların nişanlanmasını) qoyulmasını işarə etməklə təlim marşrutları.
9. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, manevretməsi, ötmə, dəmiryol keçidlərinin keçirilməsinə aid tədris-əyani vəsaitlər.
10. Yüklərin və sərnişinlərin daşınmasına və dəstədə hərəkətə aid tədris vəsaitləri.
11. Avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti və avadanlaşdırılması, nömrə, tanınma və xəbərdarlıq nişanları, yazılar və işarələrə aid tədris-əyani vəsaitlər.
12. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; yol hərəkəti qaydaları üzrə kinofilmlər və daifilmlər.

IV. Hərəkət təhlükəsizliyinin əsasları və ilk tibbi yardım kabineti (sinfi)

1. Avtomobilin hərəkət nəzəriyyəsi və avtomobilin sürülməsinin psixofizioloji əsaslarına aid tədris-əyani vəsaitlər.
2. Avtomobilin müxtəlif yol və hidrometeoroloji şəraitlərdə sürülməsinin texniki üsullarına (fənlərə) aid tədris-əyani vəsaitlər.
3. Hərəkətin təhlükəsizliyinə təsir edən mexanizmləri və cihazları göstərməklə avtomobilin (avtobusun) sxemi.
4. Avtomobil nəqliyyatı vasitəsi sürücüsünün əməyinin gigiyenası, yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, sürücünün tibb aptekçəsinin məzmununa aid tədris-əyani vəsaitlər.
5. Respublikanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə fotomaterialları əks etdirən stend.
6. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
sürücünün psixofizioloji xassələrinin (diqqət, nəzər nöqtəsi, baxışın dəyişilmə vaxtı, uyğunlaşma vaxtı və s.) yoxlanılması və məşq etdirilməsi üçün cihazlar; proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; hərəkət təhlükəsizliyinin əsaslarına və ilk tibbi yardıma aid kinofilmlər və daifilmlər.

V. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya

Laboratoriyada hər mövzu üzrə manqanın (briqadanın) nəzərdə tutulmuş işinin yerinə yetirilməsini təmin etmək üçün öyrənilən avtomobillərin (avtobusların, qoşquların) mexanizmləri, aqreqat hissələri və cihazları yerləşdirilir. O cümlədən:

1. İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərriklər, yığılmış halda - 8 ədəd
2. Ötürmələr qutusu - 2 ədəd
3. Bölüşdürücü qutu - 2 ədəd
4. Qabaq aparan körpülər - 2 ədəd
5. Arxa (orta) körpülər - 2 ədəd
6. Qida sisteminin cihazları - 8 kom.
7. Alışdırma sisteminin cihazları - 4 kom.
8. İşıqlandırma və siqnalizasiya cihazları - 4 kom.
9. Generator və rele-nizamlayıcılar - 4 kom.
10. Starterlər - 4 ədəd
11. Kardan ötürmələri yığılmış halda - 2 kom.
12. Amortizatorlar - 4 ədəd
13. Hidravlikləndirici sükanlı idarəedicilər, sükan mexanizmi - 4 kom.
14. Hidravlik və pnevmatik intiqallı tormoz sistemləri - 4 kom.
15. Sökmə-yığma işlərini aparmaq üçün alətlər, tərtibatlar və çıxarıcılar - 8 kom.
16. İşçi stolları (çilingər dəzgahları) - 8 ədəd
17. Tədris sənədləri
18. Tibbi aptekçə
19. Yanğın əleyhinə vasitələr

VI. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya

1.Öyrənilən komplektləşdirilmiş əsas avtomobillər (avtobuslar, qoşqular)- 8
ədəd
2. İsti nizamlanma aparmaq üçün öyrənilən əsas mühərriklər (altlıqlar üzərində) - 8 ədəd
3. Nizamlanma rəqəmlərini, texniki qulluqların növləri üzrə yerinə yetirilən işlərin siyahısını göstərən cədvəllərin şitləri - 2 ədəd
4. Öyrənilən avtomobillərin (avtobusların, qoşquların) yağlama xəritələri - 4  ədəd
5. Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün istismar materialları dəsti 1 ədəd
6. Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün açarlar, tərtibatlar və cihazlar dəsti. O cümlədən:    avtomobilin elektrik avadanlığının texniki qulluğu və təmiri üçün alətlər dəsti karbüratorçunun alətlər dəsti - 4 kom. karbüratorçunun alətlər dəsti - 4 kom. dinamometrik dəstək - 4 ədəd sükan idarəsinin yoxlanılması üçün cihazlar  4 kom. təkərlərin çəpliyinin (razval) ölçülməsi üçün xətkeş - 2 ədəd, vulkanizasiya üçün əl məngənəsi - 2 ədəd
300 mm-lik metal xətkeşlər - 4 ədəd, avtostetoskop - 4 ədəd, alışdırma şamlarının yoxlanması və təmizlənməsi üçün məmulatlar dəsti - 2 ədəd
pnevmatik intiqallı tormozların yığılması üçün cihazlar - 2 ədəd yük avtomobillərinin şinlərinin quraşdırılması üçün stendlər - 2 ədəd sürücünün alətlər dəsti - 8 kom.
7. İşçi stolları (çilingər dəzgahları)- 8 ədəd
8. Tədris sənədləri
9. Tibbi aptekçə
10. Yanğın əleyhinə vasitələr

VII. Avtotrenajorlar kabineti (sinfi)

1. Öyrənilən marka avtomobillərin trenajorları - 8 ədəd
2. Komandanın verilməsi və müdavimlərin hərəkətinə nəzarət pultu - 1 ədəd
3. Kinoproyektor (diaproyektor) ekranla birlikdə - 1 ədəd

VIII. Təlim avtodromu (sürmə təlimi üçün meydança)
Təlim avtodromu avtomobil nəqliyyatı vasitələrinin sürülməsi üzrə tədris proqramının tələbinə uyğun avadanlıqlaşdırılır.
Təlim avtodromunun əsas elementləri: sürmə təliminin ilkin tapşırıqlarının yerinə yetirilməsi üçün meydança və dairəvi marşrut; qabarit tunelləri, darvazalar, səggizvari, ziqzaqvari keçidlər; dəmiryol platformaları və keçidləri; estakadalar; təpə və yamaclar; yol nişanları, svetoforlar, hərəkət hissəsinin nişanlanması, istiqamətlər (oriyentir).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli  41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 5 nömrəli Əlavə

(Nazirliyin, baş idarənin adı)
Buraxılış üzrə imtahan komissiyasının Protokolu
Komissiyanın sədri
(vəzifəsi, soyadı, adı, atasının adı)
Komissiyanın üzvləri
(vəzifəsi, soyadı, adı, atasının adı)
______ təlim proqramı üzrə
________ bitirmiş
(tədris müəssisəsinin adı)
nömrəli tədris qrupunda "____"__________________ 199__ il tarixdə imtahan keçirildi.
Tədris qrupunun sinif rəhbəri __________________
Sırı №-si
Müdavimin familiyası, adı, atasının adı
Fənlər üzrə imtahan komissiyasının qiymətləri
Komissiyanın sədri __________________
 (imza)
Komissiyanın üzvləri __________________
(imza)
Tədris müəssisəsinin rəhbəri __________________
(imza)

M.Y.
Qeydlər:
1. Protokol 2 nüsxədə tərtib edilir, onlardan biri tədris hissəsində, digəri isə tədris müəssisəsinin mühasibatında saxlanılır.
2. Protokol imtahan komissiyasının üzvləri tərəfindən imzalanır, tədris müəssisəsinin rəhbərinin imzası ilə təsdiq edilir.
3. Protokolda düzəlişlərə yol verilmir.
4. Protokol ciddi hesabat sənədi kimi saxlanılır.

Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 6 nömrəli Əlavə

Təsdiq edirəm:
Daxili İşlər Nazirliyinin
Dövlət Yol Polisi İdarəsinin rəisi
(Nazirliyin, baş idarənin adı)
(təhsil müəssisəsinin adı)
Şəhadətnamə № ______
Seriya ______________________
Verilir vətəndaş
(soyadı, adı və atasının adı)
Ondan ötrü ki, o, "____"__________________ 199__ ildən "____"__________________
199__ ilə qədər __________________ proqramı üzrə təhsil almış və
"____"__________________ 199__ il tarixli, ____ №-li Protokola əsasən buraxılış
imtahanlarında aşağıdakı qiymətləri almışdır ("kafi", "yaxşı", "əla")
Quruluş və texniki qulluq
Yol hərəkəti qaydaları, hərəkət təhlükəsizliyinin əsasları və ilk tibbi yardım
Təcrübi sürmə təlimi __________________
(imza)
İmtahan komissiyasının sədri __________________
(imza)
Tədris müəssisəsinin rəhbəri __________________
(imza)
M.Y.
____ №-li __________________ seriyalı sürücülük vəsiqəsi (ixtisas artırıldıqda)
"____"__________________ 199__ ildə verilib
M.Y.
(imza)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasıQaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. İşi, fəaliyyəti, təhsili, sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən Azərbaycan Respublikası vətəndaşları yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara, müstəqil hazırlaşa bilərlər.

1.3. Müstəqil hazırlaşmış şəxslər "A" və ya "B" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.

1.4. Müstəqil hazırlaşmış şəxslərdən imtahanların qəbulu və onlara sürücülük vəsiqələrinin verilməsi "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" Əsasnamənin (sonra mətndə "Əsasnamə") tələblərinə uyğun həyata keçirilir.

2. Müstəqil hazırlıq keçmək istəyən şəxslərin qeydiyyata alınması

2.1. İşi, fəaliyyəti, təhsili və sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən şəxslər DİN DYP İdarəsinə ərizə ilə müraciət edirlər.

2.2. DYP vəzifəli şəxsi müstəqil hazırlaşmaq istəyən vətəndaşın orta və ali təhsil haqqında sənədi və onun nəqliyyat vasitəsini idarə etməyə yararlılığı barədə tibbi arayışı əsasında ərizəçini qeydiyyata alır.

2.3. Ərizə qeydiyyata alındıqdan sonra DYP vəzifəli şəxsi vətəndaşa imtahanların qəbulu vaxtını təyin edir.

3. Müstəqil hazırlaşmış şəxslərdən imtahanların qəbulu

3.1. Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:onun DYP İdarəsində qeydiyyata götürülməsi barədə ərizə; müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlığı barədə tibbi arayış; orta və ali təhsili haqqında sənəd; imtahan və sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi barədə qəbzləri; Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

3.2. İmtahanlara müstəqil hazırlaşmış sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkətinin qaydaları üzrə əvvəlcə nəzəri, sonra isə nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.

3.3. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmırlar.

3.4. Sürücülük vəsiqəsi yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə, qeydiyyat imtahan məntəqələri tərəfindən bir gün ərzində verilir.

4. Yekun müddəalar

4.1. Müstəqil hazırlaşmış şəxslərdən yalnız bir dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir.

4.2. İmtahanların birindən qeyri-məqbul qiymət alan şəxs tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahanlara buraxılırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi, onların uçotunun aparılması üzrə vahid qaydaları müəyyən edir.

1.2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu (sonra mətndə - "Qanun")ilə müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

1.3. Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
"A" - motosikletləri;
"B" - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün;
"C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobilləri idarə etmək üçün;
"D" - Sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;
"E" - qoşqusu "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş, lakin tərkibləri bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olmayan nəqliyyat vasitələrini idarə etmək üçün;
"Tramvay" - tramvayları idarə etmək üçün;
"Trolleybus" - trolleybusları idarə etmək üçün.

1.4. "B", "C" və ya "D" kateqoriyalarına aid nəqliyyat vasitələrinin sürücülərinə, bu dərəcəyə aid olan nəqliyyat vasitələrini, eləcə də tam kütləsi 3500 kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir. Tam kütləsi 3500 kq-dan artıq qoşqusu olan "B", "C" və ya "D" kateqoriyasına aid nəqliyyat vasitələrini və qoşqulu avtobusları idarə etmək üçün sürücünün sürücülük vəsiqəsində "E" kateqoriyasına icazə verilən qeydiyyat olmalıdır.

1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda:
Motosikletləri (kateqoriya "A") idarəetmə hüququ - 16 yaşdan;
"B" və "C" kateqoriyasından olan nəqliyyat vasitələrinin idarəetmə hüququ - 18 yaşdan;
tramvayları idarəetmə hüququ - 20 yaşdan;
"D" və "E" kateqoriyalı nəqliyyat vasitələrini və trolleybusları idarəetmə hüququ - 20 yaşdan yaranır.

1.6. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
Əvvəlcə nəzəri, sonra isə təcrübi imtahanlar aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Əsasnaməyə 3 və 4 nömrəli əlavələrə uyğun aparılır.
Qeyd: Peşə tədris müəssisələrini bitirmiş şagirdlər, eləcə də "A", "C" və "BC" kateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən cəlb olunmuş çağırışçılar, kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşı çatmamış şəxslərə sürücülük vəsiqəsi verilir və "xüsusi qeydlər" qrafasında "18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər" qeydi aparılır.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müddətli hərbi xidmət aparan hərbçiləri "D" və "E" kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün müstəsna olaraq, 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.

2. DYP-də imtahanlara və nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma qaydaları

2.1. İmtahanların qəbulu və "A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi (sonra mətndə - "QİM") tərəfindən aparılır.
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.

2.2. "A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, "tramvay" və "trolleybusun" idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi (sonra mətndə - "DYPİ") ilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.

2.3. Avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınmalıdırlar.

2.4. Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu qeydiyyata alınmalıdır. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-nə göndərilməlidir.

2.5. Bu kurslara qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.

2.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmırlar.

2.7. Sürücülük vəsiqələrinin alınması üçün imtahan, yalnız QİM tərəfindən, onların xidmət apardıqları ərazilərdə daimi və ya müvəqqəti pasport qeydiyyatı olan şəxslərdən qəbul olunur. Digər hallarda şəxslərin imtahanlara buraxılması məsələsi DYPİ-si rəhbərliyi tərəfindən müstəsna hal kimi həll oluna bilər.

Qeyd: Ekstremal hallarda (təbii fəlakət, yanğın, ərazinin işğalı) müvəqqəti məskunlaşdığı ərazilər üzrə Müdafiə Nazirliyinin, DİN-nin və Dövlət Sərhəd Xidmətinin müddətli xidmət aparan hərbçiləri isə sürücülük vəsiqələri almaq üçün hərbi hissələrin yerləşdikləri ərazi üzrə yerləşən QİM-də imtahana buraxılırlar.

2.8. "A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri, QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.

2.9. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi tədris müəssisələrini bitirmiş şəxslərə, "A", "B", "C" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün, istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra sürücülük vəsiqələri verilir.
Avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi: orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış; ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir.

2.10. İmtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız "A" və ya "B" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.
Müstəqil hazırlaşmış şəxslərin ərizələri DYPİ-də qeydiyyata götürülür, onlar müəyyən edilmiş vaxtda yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.

2.11. "E" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə, "B" və ya "BC", ya "C", ya "BCD", ya "CD" ya da "D" kateqoriyalarına aid olan, nəqliyyat vasitələrini 3 ildən az olmayaraq idarə edən sürücülər, müəyyən olunmuş proqram əsasında tədris müəssisələrində yenidən hazırlıq kurslarını bitirdikdən və QİM-də nəzəri və təcrübi imtahanları verdikdən sonra buraxılırlar.
"D" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə, "B" və ya "C", ya "BC", ya da "BCE" kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan (2.6 bəndinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş sürücülər buraxılırlar.
"B" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər, tədris müəssisəsində müəyyən edilmiş proqramla yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
"C" ya da "D" kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan sürücülər "AB" və ya "ABC" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq kurs keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.
"D" və "E" kateqoriyaları üzrə təcrübi imtahan, tədris müəssisələri tərəfindən ayrılmış avtobuslar və qoşqulu nəqliyyat vasitələrində qəbul edilir.

2.12. Nəzəri və təcrübi imtahan qəbul edilən şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurursa, imtahanları qəbul edən DYP vəzifəli şəxsi tərəfindən o təkrar tibbi müayinəyə göndərilir.

2.13. Nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

3. Sürücülük vəsiqəsi, imtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi

3.1. Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün.

3.3. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
60 yaşına çatmamış şəxslər üçün - 10 il;
60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

3.4. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), vəsiqədə göstərilən məlumatların adı isə Azərbaycan və ingilis dillərində yazılır.

3.5. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumalıdır.

3.6. Bütün kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün nəzəri və təcrübi imtahanlar, QİM-nin imtahan komissiyaları tərəfindən qəbul edilir.

3.7. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
Sədr - qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
Üzvlər - tədris avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.

3.8. İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:avtomobil ixtisası üzrə ali və ya orta ixtisas texniki təhsili; imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.

 3.9. Sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları QİM məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər. İmtahan tədris müəssisələrinin məzunlarından imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.

3.10. Tədris müəssisələrinin məzunları QİM-ə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
Bu Əsasnamənin 2.9 və 2.10 bəndlərində göstərilmiş şəxslər istisna olmaqla, müvafiq kateqoriyaya aid nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə şəhadətnamə;
Bu Əsasnamənin 2.9 bəndində göstərilən şəxslər üçün diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış, ya da diploma əlavə; müvafiq kateqoriya üzrə imtahanlara müstəqil hazırlaşmış şəxslər üçün, onların DYP İdarəsində qeydiyyata götürülməsi barədə sənəd; müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış; imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün haqqın ödənilməsi barədə qəbzlər; Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi).
Qeyd: Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Respublika ərazisində müvəqqəti yaşayan xarici vətəndaşların malik olduğu etibarlılıq müddəti keçməyən milli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər.

3.11. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmırlar.
3.12. Bu Əsasnamənin 2.10 bəndinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gündən tez olmayaraq qəbul oluna bilər. Bir dəfə nəzəri və ya təcrübi imtahandan qeyri-məqbul qiymət almış, imtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahana buraxılırlar.

3.13. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi, imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Əsasnamənin 1 və 2 nömrəli əlavələrinə uyğun formada protokolla sənədləşdirilir.

3.14. Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir.

3.15. Sürücülük vəsiqəsi, yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən bir gün ərzində verilir.

3.16. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar bu Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsdiq etdiyi müvafiq təlimatlarla tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 1 nömrəli əlavə Dövlət Yol Polisinin imtahan komissiyasının
Protokolu № ____________
         "____"__________________ 199__ il
Komissiyanın heyəti:
sədr: ______________________________
müavinləri ________________________
Sıra №-si
İmtahan verənin soyadı,
adı, atasının adı
Doğulduğu il və yeri
Kateqoriya
Təhsil müəssisəsi
İmtahanların nəticələri
nəzəri
təcrübi
birinci,
yaxud
təkrar
verib-verməyib
birinci,
yaxud
təkrar
verib-verməyib
1
2
3
4
5
6
7
8
9
Sədr: ________________________________
Üzvləri: _____________________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 2 nömrəli əlavə Dövlət Yol Polisinin imtahan komissiyasının Protokolu № ____________
tarix, saat ______________
Komissiyanın heyəti:
Sədr ______________________________
Üzvləri ___________________________

İmtahan verənin soyadı, adı, atasının adı
Doğulduğu il və yeri
Təhsil müəssisəsi
ABCD
№ b
№ a
İmtahanların nəticəsi
Sualların nömrələri
nəzəri
təcrübi
Komissiyanın heyəti
Sədr: ________________________________
Üzvləri: _____________________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 3 nömrəli əlavə

Nəzəri imtahanın keçirilmə etodikası*

1. İmtahanın keçirilmə formaları

1.1. Nəzəri imtahan, bütün tədris qrupundan, eləcə də, onun bir hissəsindən aşağıda göstərilən formada qəbul edilə bilər:
DYPİ tərəfindən hazırlanmış biletlər üzrə şifahi sorğu əsasında;
müxtəlif nəzarətedici qurumların vasitəsi ilə;
imtahan aparatlarının, kompüterlərin vasitəsi ilə.

1.2. İmtahan elə formada qəbul edilməlidir ki, sürücülüyə namizədin müxtəlif qayda və tələbləri dərk etməsi və bilməsini müəyyən etmək mümkün olsun.

2. İmtahanın məzmunu

2.1. Nəzəri imtahan aparılarkən sürücülüyə namizədin biliyi və fənni necə başa düşməsi müəyyən edilir: qanunçuluğu, o cümlədən xüsusi diqqət yetirməklə nəqliyyat vasitələrindən istifadə edilməsi barədə əsasnaməni və yol hərəkət qaydalarının pozulmasına görə inzibati məsuliyyəti; yol hərəkətinə, yol nişanlarına və siqnallarına, yolların nişanlanmasına və nişanların mənalarına aid qayda və tələbləri; hərəkət vaxtı nəqliyyat vasitələrinin təhlükəsizliyinə aid texniki tələbləri; iş gününün uzunluğu və istirahət vaxtları da daxil olmaqla yol hərəkətinin təhlükəsizliyinə dair bilavasitə sürücüyə aid olan qaydaları; yol-nəqliyyat hadisələri baş verdikdə sürücülərin düzgün davranışına aid qaydaları; yol-nəqliyyat hadisəsini törətdikdə sürücünün mülki və cinayət məsuliyyəti; yol-nəqliyyat hadisələrinin baş verməsinə imkan yaradan amilləri; yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat vasitələrinin elementlərini; yol-nəqliyyat hadisələri nəticəsində zədə almış şəxslərə ilk tibbi yardım (həkimdən əvvəl) göstərilməsinin üsullarını; nəqliyyat vasitələrindən ətraf mühitə yayılan zərərli maddələrin normadan artıq olmasına imkan verməyən nəzarət-nizamlama işləri və idarəetmə üsullarını.

2.2. İmtahan biletləri, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq arzusunda olan şəxslərdən, yol hərəkəti qaydaları haqqında imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuşdur.
İmtahan biletləri yol-hərəkət qaydalarının bütün fəsillərini, hərəkətin təhlükəsizliyi tələblərini və tibbi hazırlığı əhatə edir.
Sıra nömrəsi 1-dən 10-dək olan hər bir imtahan biletində 10 sual vardır. Öz növbəsində hər bir sualın 2-dən 5-dək cavabı vardır ki, onlardan yalnız biri tam və düzgündür.

2.3. Yol hərəkəti qaydalarına, digər sənədlərə əlavələr və dəyişikliklər edilərsə və yaxud suallar cavablara uyğun gəlmədikdə, belə biletlər imtahan üçün yararsız sayılır.
İmtahanlar, yalnız qüvvədə olan normativ sənədlərə tam cavab verən qaydada tərtib edilmiş biletlərilə aparılır.

2.4. İmtahanların nəticələri bu metodikaya əlavədə göstərilən formada xüsusi imtahan vərəqəsində qeyd olunur.

3. Nəzəri imtahanın keçirilməsi

3.1. Otağın sahəsindən və orada olan avadanlıqdan, eləcə də imtahan verənlərin davranışına nəzarət etməyin mümkünlüyü ilə əlaqədar olaraq, imtahan eyni zamanda bir neçə şəxsdən qəbul edilir.
İmtahan verən şəxsin lazımi sənədləri yoxlanıldıqdan sonra ona imtahan vərəqi verilir.

3.2. İmtahan aparatı və imtahan vərəqi ilə rəftarla bağlı izahat apardıqdan sonra imtahan verən şəxsə bilet götürülməsi təklif edilir. İmtahan vaxtı 15 dəqiqə müəyyənləşdirilir.
İmtahan verən hər bir sualı diqqətlə oxumalı və təklif edilmiş variantlardan ən tam və düzgün bir cavab seçməlidir.
Bütün dərəcələrdən olan avtonəqliyyat vasitələrinin, eləcə də tramvay və trolleybus sürücülərinə cavab üçün 10 sual təklif edilir.

3.3. Bütün suallara cavab verdikdən sonra imtahan verən şəxs, imtahan vərəqəsini qəbul edən QİM əməkdaşına təhvil verir.
İmtahanların nəticəsini imtahan aparatları və ya kompüterlər müəyyən edir.
İmtahan verən şəxsə məqbul qiymət o halda verilir ki, ona təklif olunmuş 10 sualdan 9-na düzgün cavab vermiş olsun.
Təklif edilmiş suallara 15 dəqiqə ərzində cavab verə bilməyən və yaxud 2 səhv edən şəxs imtahanı verməmiş hesab edilir.

3.4. Kompüterlər və ya imtahan aparatlarının köməyi ilə nəzəri imtahan keçirilməzdən əvvəl QİM-in əməkdaşı imtahan verilmə qaydaları və bu işlə əlaqədar imtahan verən şəxsə izahat verməlidir.

Nəzəri imtahanın keçirilməsi metodikasına əlavə
Yol hərəkəti qaydalarına aid imtahan vərəqəsi
Sürmə təlimindən
imtahan qeydləri
A
B
C
D
E
Troll.
Tramv.
Motorol.
YHQ-dan
imtahan qeydləri
Soyadı
Adı
Atasının adı
Doğulduğu vaxt və yer
Yaşadığı yer
Həkim müayinəsindən keçmişdir
İmtahan verənin imzası
İmtahanın səbəbi
(lazım olanın altından xətt çəkməli)
İlk sürücülük vəsiqəsinin alınması, sürücülük hüququndan məhrum etmə müddətinin bitməsi.
Dövlət avtomobil müfəttişi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 nömrəli əlavə

Təcrübi imtahanın keçirilmə Metodikası*

1. Nəqliyyat vasitəsi və onun avadanlığı

1.1. Sürücülüyə namizəddən təcrübi imtahan uyğun dərəcəli nəqliyyat vasitəsində qəbul edilir:

1.1.1. "B" - minik avtomobillərində;

1.1.2. "C" - tam kütləsi 3500 kq-dan artıq olan yük avtomobillərində;

1.1.3. "D" -bir qayda olaraq tutumu ən azı 20 oturacaq yeri və uzunluğu ən azı 6,5 m olan avtobuslarda. Hərbi qulluqçulardan isə digər tutumlu avtobuslarda da aparıla bilər;

1.1.4. "E" - tərkibində "C" dərəcəli nəqliyyat dartqısı və ona qoşulmuş ən azı iki oxu və aralarındakı məsafə 1 m-dən çox olan yarımqoşqu və yaxud qoşqu olan nəqliyyat vasitəsində, "D" dərəcəli nəqliyyat vasitələrində isə qoşqulu avtobuslarda.

1.2. Təcrübi imtahan qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı göstərən güzgü ilə təchiz edilməlidir.

2. Avtomobildə imtahan qəbul edilməsinin təşkili

2.1. Avtomobilin idarə edilməsi barədə təcrübi imtahan xüsusi meydançada, avtodromda və ya sınaq marşrutlarında qəbul edilir:

2.1.1. avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar nəqliyyat vasitələrinin hərəkətlərindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir.
İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərinin yerinə yetirilməsi bacarığı və vərdişi yoxlanılır;

2.1.2. "B", "C", "D" təcrübi nəqliyyat vasitələrində, birinci mərhələdə imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:

2.1.2.1. yoxuş sahəsi (maillik 16%-dən aşağı olmayaraq);

2.1.2.2. hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi;

2.1.2.3. avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).
Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir;

2.1.3. daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır:

2.1.3.1. minik avtomobilləri üçün "hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi"nin və "avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boks"un elementləri, 1,2 m hündürlüyündə, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və boz-yaşıl rəngli dayaqlarla təchiz edilir.
Yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir.
Tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir;

2.1.3.2. bütün tipli avtomobillər üçün nəzərdə tutulmuş "Yoxuşlu sahə" elementi, kifayət qədər davamlığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər;

2.1.4. vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.
Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın hərəkət sxemi tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.

2.2. Sınaq marşrutunda hərəkətin sıx olduğu şəraitdə:

2.2.1. aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda mütləq yoxlanılması aparılmalıdır:

2.2.1.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 4 nömrəli əlavəsində verilən üstünlük nişanlarından 2.4 "Yol verin", yaxud 2.5 "Dayanmadan keçmək qadağandır" nişanında yol ayrıcından keçmək;

2.2.1.2. xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək;

2.2.1.3. svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək;

2.2.1.4. iki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi;

2.2.1.5. iki dəfə sağa dönmənin yerinə yetirilməsi;

2.2.1.6. bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.

2.2.2. QİM-i üçün sınaq marşrutlarının sayı, xidmət edilən əhalinin miqdarı, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir.
Marşrutların sayının əhalinin miqdarı 500000 və daha çox olan şəhərlərdən 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması məsləhət görülür.
Qeyd: "E" kateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.

2.2.3. Hər bir imtahan verən üçün marşrutun uzunluğunun, 2.2.1.1-2.2.1.6 bəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4 km-ə qədər olması məsləhət görülür.

2.2.4. Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200ґ 300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.
İmtahan verənləri vaxtlı-vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədilə hər bir marşrutda imtahanın bir yerdən başlayaraq həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində).
Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır.
Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.
İmtahanın ikinci etapı başlanmazdan əvvəl imtahan qəbul edən, təsadüfi seçmə üsulu ilə sürücülüyə namizədi sınaq marşrutunda hərəkət etmək üçün onu marşrut kartlarının biri ilə tanış edir.

2.3. Sürücülüyə namizədin onun istədiyi dərəcəli nəqliyyat vasitəsinin idarə etmək bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.

2.4. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarəti, imtahanı qəbul edən vizual, yaxud da texniki vasitələrin köməyi ilə həyata keçirir.
Bu halda imtahanı qəbul edən imtahan avtomobilində, yaxud ondan kənarda olur və yaxud da bağlı meydançanın ölçülərindən və onlarda olan nəzarət texniki vasitələrindən asılı olaraq müəyyən edilir.

3. İmtahanın məzmunu

Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:

3.1. Avtodromda:

3.1.1. yoxuşda yerindən tərpənmə - avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli (bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir);

3.1.2. hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə (ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü isə salmaqla birdəfədən geri gönmə).
Geriyə verilərkən avtomobil elə dayanmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun.
Bu element yerinə yetirilərkən boksdan olan minimal məsafə imtahan-avtomobilinin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.

3.2. Sınaq marşrutunda:

3.2.1. hərəkətin başlanılması:

3.2.1.1. hərəkətin başlanılmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;

3.2.1.2. xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi;

3.2.1.3. arxaya baxış güzgüsündən istifadə edilməsi;

3.2.1.4. nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;

3.2.1.5. sürət artırılması və ötürücüyə keçirmə;

3.2.1.6. düzünə hərəkət;

3.2.1.7. yolun hərəkət hissəsində düzgün yerləşmə;

3.2.2. lazımi hərəkət sürətinə riayət olunması:

3.2.2.1. nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;

3.2.3. bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:

3.2.3.1. xəbərdaredici siqnalların vaxtında verilməsi;

3.2.3.2. dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ictimai nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;

3.2.3.3. bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;

3.2.3.4. hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;

3.2.4. nizamlanan yol ayrıcından keçilməsi:

3.2.4.1. yol ayrıcısına yaxınlaşarkən yol şəraitinə qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi;

3.2.4.2. nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;

3.2.4.3. dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;

3.2.4.4. svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;

3.2.5. nizamlanmayan yol ayırıcısını keçmək:

3.2.5.1. yol ayırıcısına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələrini nəzərə almaqla qiymət verilməsi;

3.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;

3.2.5.3. yol ayrıcısına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidin keçilməsi;

3.2.6. dönmənin (geriyə dönmənin) icrası:

3.2.6.1. döngəyə düzgün daxil olunması;

3.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.

3.2.7. ötmə:

3.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətlərdirilməsi;

3.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi;

3.2.7.3. konkret şəraitdən asılı olaraq ötmə vaxtı sürət rejimi;

3.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarması trayektoriyası;

3.2.8. dayanma:

3.2.8.1. xəbərdarlıq siqnalının vaxtında verilməsi və düzgün yerdəyişmə;

3.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması;

3.2.8.3. yolun hərəkət hissəsində (kənarında) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.

4. Sürücülüyə namizədin hazırlığının qiymətləndirilməsi

4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.

4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinə qarışmağa vadar edərsə, o, "qeyri-məqbul" qiyməti alır.

5. Motosikletdə imtahan qəbul etmənin təşkili və tələbləri

5.1. Bir qayda olaraq, idarəetmə vərdişi bir nəfərlik motosikletdə, motorollerdə yoxlanılır.

5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada aparılır.

5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyə bacarmalıdır:

5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək;

5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək;

5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası ("qabarit dairə", "ilanvari", "səkkizvari").

5.4. Əgər imtahan verən şəxs "dairə", yaxud "ilanvari", yaxud da "səkkizvari" hərəkəti yerinə yetirə bilmirsə, imtahan dayandırılır.

5.5. "Qeyri-məqbul" qiymət üçün iki səhv və aşağıdakıların olması kifayətdir:

5.5.1. "Dairə" və ya "İlanvari" və yaxud "Səkkizvari" hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunması;

5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.