Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası
Nazirlər Kabineti
Qərar № 114 
Bakı şəhəri, 11 may 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə
 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 551 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
"1.6. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu və vergilər yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilə bilər.";
1.2. 2.3-cü bəndin mətni həmin bəndin ikinci cümləsi hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:`
"Nəqliyyat vasitələrinin dövlət texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilir.";
1.3.aşağıdakı məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilsin:
"3.2-1.Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki baxışın keçirilməsi vaxtı və tarixi barədə məlumat verilir.
3.2-2.Nəqliyyat vasitələrinin dövlət texniki baxışını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində texniki baxışın keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət texniki baxışını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət texniki baxışını keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.";
1.4. 4.6-cı bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu halda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə ilə müəyyən olunmuş nasazlıqlar dəqiq göstərilərək (normalar, dərəcələr və s.) iki nüsxədə akt tərtib olunur, aktın bir nüsxəsi bu Əsasnamənin 3.2-ci bəndində göstərilən səlahiyyətli şəxsə təqdim edilir.";
1.5.aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:
"4.9.Nəqliyyat vasitələrinin texniki baxışı iş günü ərzində fasiləsiz olaraq keçirilir.".

Artur Rəsi-zadə  
Azərbaycan Respublikasının Baş naziri

generated 0.034662961959839 seconds