Məlumatlar 08 iyun 2023-cü il

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi: Yollarda görmə məsafəsi məhdudlaşacaq!

DİN BDYPİ-nin “Siqnal” İLİİ respublikanın şəhər və rayonlarında layihələrin icrasını mərhələli şəkildə davam etdirir

14 noyabr 2022-ci il

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda  nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.

Baş DYP İdarəsinə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Şəki, Qəbələ və Zərdabda istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilir.
xəbərlərin arxivi