Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti Fəxri xiyabana gedərək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıblar

10 may 2023-cü il

Məqsədimiz sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanlarımızın təhlükəsizliyini təmin etməkdir.

Yollarda təhlükəsizliyin təmin olunmasının əsas tələblərindən biri də nəqliyyat vasitələrinin saz vəziyyətdə istismar edilməsidir. Bununla əlaqədar olaraq artıq bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.

Bununla da  nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərən Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanıblar.
xəbərlərin arxivi