Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub

01.02.2023
      DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

     Belə ki, Qabil Əliyevin idarə etdiyi  “Mercedes” markalı, 99-GG-372 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən saxlanılıb.

     Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Q.Əliyevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

     Q.Əliyevin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
generated 0.032365798950195 seconds