Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

Saytın əsas versiyası

Şəmkirdə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə DİN-in Baş DYP İdarəsinin məlumatı

06.05.2022
Ötən gün saat 19:00 radələrində Şəmkir rayonu, Şuşa küçəsində rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlunun idarə etdiyi “Ford Cargo” markalı, 99-JT-341 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onunla eyni istiqamətdə hərəkətdə olan Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Muxdarov Elsəvər Möhübbət oğlunun idarə etdiyi eyni markalı, 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomibili toqquşub və hər iki nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü E.Muxdarov və sərnişini 1977-ci il təvəllüdlü Əliyev Asif Yusif oğlu həyatını itirmiş, digər yük avtomobilinin sürücüsü T.Cəfərov isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
generated 0.035023927688599 seconds