Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Yol polisinin gənc
köməkçiləri dəstəsi

                        YOL  POLİSİNİN  GƏNC  KÖMƏKÇİLƏRi DƏSTƏSİ HAQQINDA ƏSASNAMƏ

                                                             1.Ümumi müddəalar.

1.1.Yol Polisinin Gənc Köməkçiləri Dəstəsi (YPGKD) - küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin təbliğinə məktəbli uşaq və yeniyetmələrin cəlb edilməsi məqsədilə  yaradılmış  könüllü birliyidir.
1.2.YPGKD-nin fəaliyyətinin əsas məqsədləri:
- uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin tərbiyə olunması;
- uşaq və yeniyetmələrdə yüksək ümumi mədəniyyətin, eləcə də yol mədəniyyətinin   formalaşdırılması;
- uşaq və yeniyetmələrdə kollektivçilik hisslərinin,peşakar meyllərin aşılanması.
1.3.YPGKD-nin əsas vəzifələri:
- yol-nəqliyyat hadisələrində uşaq travmatizminin səviyyəsinin aşağı salınması;
- şagirdlərin tərbiyələndirilməsi və onlarda fəal həyat mövqeyinin formalaşdırılması istiqamətində  məktəblərin fəaliyyətinə dəstək vermək;
- küçə və yollarda təhlükəsiz davranış qaydalarının öyrənilməsi,YHQ-nın təbliği işinin aparılması qaydalarına yiyələnmə və bu işin uşaqlar arasında təşkili;
- şagirdlərin yol-nəqliyyat hadisələri zamanı zərəçəkənlərə  yardım göstərilməsi bacarığına yiyələnməsi;
- şagirdlərdə hüququ düşüncə, ətrafdakılara qarşı hümanist münasibət,yoldaşlıq hisləri və digər mənəvi keyfiyyətlərin  formalaşdırılması işində iştirak etmək.
1.4. YPGKD ümumtəhsil məktəblərində,məktəbdənkənar müəssəsələrdə, uşaq və yeniyetmələrin yaşadıqları ərazilərdə DYP və təhsil orqanları tərəfindən yaradılır.
1.5. Ümumtəhsil məktəblərinin,məktəbdənkənar müəssəsələrin rəhbərləri DYP orqanının  vasitəçiliyi ilə müəllimlər,tərbiyəçilər,sürücü kadrları hazırlayan təhsil müəssisələrinin müəllimləri, habelə təqaüddə olan yol polisi əməkdaşları sırasından YPGKD ilə işin aparılması üçün içtimai təşkilatçıları seçirlər.

                                    2. YPGKD-nin fəaliyətinin əsas istiqamətləri.

2.1. YPGKD-nin  üzvlərində igidlik, mübarizlik, əməksevərlik,vətənə dərin məhəbbət, vətəndaş cəmiyyətinə  qarşı hümanist münasibət, yoldaşlıq hisslərinin və digər mənəvi psixoloji keyfiyyətlərin formalaşdırılması.
2.2. Yol hərəkəti qaydalarının dərindən öyrənilməsi, uşaq yol-nəqliyyat travmatizminin profilaktikası və xəbərdərlıq edilməsi üsullarına və yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənə ilk tibbi yardımın göstəriləməsi qaydalarına yiyələnmə.
2.3. Yol hərəkətinin qaydalarının tənzimlənməsi məqsədilə istifadə olunan texniki vasitələrlə ümumi tanışlıq.
2.4. Texniki vasitələrdən istifadə edilməklə məktəblərdə,məktəbəqədər tədris və məktəbdənkənar müəssəsələrdə yol hərəkəti qaydaların təbliği ilə bağlı izahat işlərinin aparılması.
2.5. YPGKD-nin üzvlərinin müsabiqələrdə, baxışlarda, təşviqat briqadalarının yarışlarında iştirakını, habelə məktəb avtomeydançalarında və avtoşəhərciklərində hərəkətin təhlükəsizliyinə dair fəaliyyətini  təmin etmək.
2.6. Gənc velosipedçilərlə işi effektiv şəkildə  təşkil etmək.
2.7. Texniki biliklərə yiyələnmək, bu istiqamətdə keçirilən tədbirlərdə, gənc texniklərin işlərinin nümayiş etdirilməsində  və texniki yaradıcılıq dərnəklərində iştirak etmək.

                                           3.YPGKD-nin işinin təşkili və strukturu.

3.1. YPGKD-nin üzvü dəstənin işində fəal iştirak etmək arzusunda olan 10-16 yaşlı orta məktəb  şagirdləri ola bilər.
3.2. Dəstə 10 nəfərdən az olmamaq şərti ilə yaradılır və manqalara bölünə bilər.
3.3.  YPGKD-nin üzvlüyünə qəbul dəstənin toplantısında şifahi müraciət əsasında həyata keçirilir.Yeni qəbul edilənlərlə məktəbin içtimai təşkilatlarının və DYP nümayəndələrinin köməyi ilə məşğələlər keçirilir.Məşğələlərin sonunda onlardan YHQ-nə və YPGKD-nin vəzifələrinə dair şifahi məqbullar götürülür.Məqbulları müvəffəqiyyətlə verən namizəd dəstə üzvlüyünə qəbul edilməklə ona YPGKD-nin üzvünün vəsiqəsi,döş nişanı və qol şevronu verilir.
3.4.YPGKD ilə işin aparılmasına daimi rəhbərliyi dəstənini ümumi iclasında seçilən YPGKD-nin qərargahı həyata keçirir.Qərargah öz heyətindən dəstə komandirini və manqa komandirlərini seçir.Azsaylı dəstələrdə yalnız dəstə komandiri seçilir.

                                    4. YPGKD-nin üzvlərinin hüquq və vəzifələri.

4.1. YPGKD-nin üzvlərinin  hüquqları:
4.1.1.Dəstənin fəaliyyəti ilə bağlı bütün müzakirələrdə iştirak etmək və müvafiq təkliflər vermək;
4.1.2. YPGKD-nin qərargahına üzv seçmək və seçilmək;
4.1.3.Yol hərəkəti təhlükəsizliyinin  və içtimai asayişin qorunması məsələləri üzrə kömək və məsləhət üçün ərazi üzrə yerli  və DYP bölümlərinə müracəit etmək;
4.1.4.Yol polisinin gənc köməkçisinin müəyyən edilmiş fərqləndirici nişanlarını daşımaq;
4.1.5.Yol polisi əməkdaşının rəhbərliyi altında məktəbətrafı küçələrdə yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət məqsədilə keşik çəkmək,uşaq və yeniyetmələrin asudə vaxtlarında səmərəli əyləncələr təşkil etmək;
4.1.6. Yol polisinin gənc köməkçisi kimi fəallıq göstərdiyinə görə DYP-nin, məktəb rəhbərliyinin və digər təşkilatların fəxri fərmanı ilə, qiymətli hədiyyələrlə mükafatlandırılmaq, rayon, ümumrespublika,regional və benəlxalq müsabiqələrdə iştirak etmək.
4.2. Yol polisinin gənc köməkçisinin vəzifələri:
4.2.1. Yol polisinin gənc köməkçisi adını şərəflə daşımaqla dəstənin işlərində fəal iştirak    etmək, qərargah və komandirlərin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək;
4.2.2. Yol hərəkəti qaydalarını öyrənmək və qaydaların yerinə yetirilməsində nümunə olmaq;
4.2.3. Həmyaşıdları və azyaşlı uşaqlar arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı izahat işləri aparmaq;
4.2.4. Uşaqlar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq;
4.2.5. Daim sağlamlığını möhkəmləndirmək, müntəzəm olaraq bədən tərbiyəsi və idmanla məşğul olmaq.

                                             5.YPGKD-nin maddi-texniki təminatı.

5.1 Yol polisinin gənc köməkçiləri ilə işin aparılması, (toplantı, yığıncaq,yarış, baxış, ekskursiya, yürüş,viktorina və s.) avtomeydançalar  və avtoşəhərçiklərin tikilməsi, onların avadanlıqlaşdırılması, dəstə üzvlərinin forma geyimlərinin alınması,nişanların, vəsiqələrin, vımpellərin, dərs vəsaitlərinin, mədəni kütləvi işlər üçün avadanlığın, təbliğat üçün texniki vasitələrin alınması və digər xərclər DYP-nin büdcədənkənar vəsaitləri, müvafiq icra hakimiyyəti orqanları və digər hüquqi və fiziki şəxslərin ianə vəsaitləri hesabına həyata keçirilir.

Azərbaycan Respublikası DİN
Baş Dövlət Yol Polisi İdarəsi


Yol polisinin gənc köməkçiləri dəstəsindən şəkillər

 





Çap et  Çap et
generated 0.011574029922485 seconds