Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin M Ə L U M A T I
25 iyul 2013-cü il
25 iyul 2013-cü il tarixdə paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş, ümumi sahəsi 21 hektar olan və 4500 avtomobil tutumuna malik üçmərtəbəli yeraltı avtomobil dayanacağı sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilmişdir.
Bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeraltı duracağın yerləşdiyi ərazidə və onun yaxınlığında nəqliyyat vasitələrini yolun hərəkət hissəsində parklayan sürücüləri 5 giriş-çıxışı olan bu duracaqdan istifadə etməyə çağırır, eləcə də dayanma, durma və parklanma qaydalarını pozan, habelə digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə mane olan avtomobillərin təxliyyə olunaraq sürücülərinin inzibati məsuliyyətə cəlb olunacaqlarını bir daha onların diqqətinə çatdırır.