Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

Kitablar və məqalələr

YOL HƏRƏKƏTİ ƏLİFBASI
Müəlliflər:
Ərəstun Məcidov, Kamran Əliyev
Buraxılış: Bakı - 2001
Dili:
Azərbaycan
Təsviri: İbtidai sinif şagirdləri üçün dərs vəsaiti
Sponsor:
BP şirkəti

Bu dərs vəsaitində gündəlik həyatımız üçün çox əhəmiyyətli yol hərəkəti qaydalarından bəhs olunur. Sadə və anlaşılan dildə, şerlərlə sizə küçə və yollarda hərəkət qaydaları izah edilir. Biz əminik ki, bu şəkilli kitabça sizin hər birinizə hərəkət qaydalarını öyrənməkdə və ona riayət etməkdə yaxın dost, köməkçi olacaqdır!

 

YOL HƏRƏKƏTİ QAYDALARI
Müəllif: Ərəstun Məcidov
Buraxılış: Bakı - 2001
Dili:
Azərbaycan
Təsviri: Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait
Sponsor: BP şirkəti.

Bu vəsaitdə Yol hərəkəti qaydalarının yaranma tarixi, "Yol hərəkəti haqqında" 28.07.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun bir sıra müddəaları verilmiş, piyadaların xüsusilə uşaqların küçə və yollarda davranış qaydaları şərh edilir, ictimai nəqliyyat vasitələrindən istifadə qaydaları, küçələrdə hərəkəti nizamlayan texniki vasitələr, nizamlayıcı polis nəfərinin işarələri və s. haqqında məlumat verilir.
Vəsait məktəblərdə yol hərəkəti qaydalarının tədrisi üzrə müəllimlər üçün nəzərdə tutulur.

«Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası «İbtidai məktəb və məktəbəqədər tərbiyə» bölməsinin 04 may 2001-ci il tarixli 05 saylı protokolu ilə təsdiq edilmişdir».

 

YOL HƏRƏKƏTİNİN BEYNƏLXALQ-HÜQUQİ TƏNZİMLƏNMƏSİ VƏ MİLLİ QANUNVERİCİLİK
Müəllif: Etibar Əliyev
Buraxılış: Bakı - 2003
Dili:
Azərbaycan

Monoqrafiyada yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik məsələləri hüquqi cəhətdən araşdırılmışdır. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirakı, yol hərəkəti qaydalarının hüquqi nizama salınması və yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin hüquqi aspektləri, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə inzibati nəzarətin həyata keçirilməsinin xüsusiyyətləri tədqiq edilmişdir.

 

YOL HƏRƏKƏTİ QAYDALARI
Müəllif: Ərəstun Məcidov
Buraxılış: Bakı - 2003
Dili:
Azərbaycan
Təsviri: Ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri üçün dərs vəsaiti
Sponsor: ABƏŞ (AIOC)

Təqdim olunan tədris vəsaiti ümumtəhsil məktəblərində şagirdlərə yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün şagirdlərə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına xidmət edir. Vəsaitdən nəinki 7-ci sinif şagirdləri, habelə müəllimlər, eləcə də 5-ci sinifdən etibarən bütün yuxarı sinif şagirdləri istifadə edə bilərlər.

 

 AVTONƏQLİYYAT VASİTƏLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Müəllif: Vahid Əliyev, Xəzail Muxtarov
Buraxılış: Bakı - 2001
Dili:
Azərbaycan (Kiril qrafikası ilə)

Təqdim olunan illüstrasiyalı metodiki məlumat kitabçasında MDB və digər ölkələrdə istehsal edilmiş avtomobillərdə nömrəli qovşaq və aqreqatların nişanlanma üsulları, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının kodları və nümunələri və digər məlumatlar yerləşdirilib.

 

Ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranma qaydalarının öyrədilməsinə dair materiallar
Müəllif: Ərəstun Məcidov
Buraxılış: Bakı - 2002
Dili:
Azərbaycan

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilir: «Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.

 

 

Piyada hərəkət iştirakçısıdır
(Ümumtəhsil məktəbləri üçün tədris vəsaiti)
Müəllif: Ərəstun Məcidov
Buraxılış: Bakı - 2002
Dili:
Azərbaycan

Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.
Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyələr əsasında öyrədilir.
Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələr tərəfindən yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.

 

generated 0.031892061233521 seconds